“VOLT AVTO”dan yaşıl dünya naminə daha bir addım! - FOTO

Fevral ayından etibarən “GAC Aion” markasının “Aion Y”, “Aion S” və “Aion S MAX” modelləri “VOLT AVTO” salonlarında rəsmi olaraq təqdim olunub.
Qeyd edək ki, salonda müştərilər üçün sözügedən avtomobilləri “test drive” da etmək mümkündür.
Eləcə də “VOLT AVTO” sizə “Aion Hyper GT” modelini əldə etmək fürsəti təqdim edir. Avtomobilin rəsmi satışı “Volt Avto”ya məxsusdur və bu modelin rəsmi təqdimat mərasiminin aprel ayında baş tutması nəzərdə tutulub.
Nəhayət, “VOLT AVTO”da dünyada ən çox gözlənilən avtomobillərdən biri, müştərilər tərəfindən böyük marağa səbəb olmuş “SERES AİTO M9” modelinin də satışı həyata keçiriləcək.
Belə ki, şirkətin həmtəsisçi və direktoru Emin Əsgərov “SERES” şirkətinin qlobal konfransında iştirak edərək “VOLT GROUP” və “SERES” arasında müqavilə bağlayıb. Sözügedən modelin Azərbaycan üzrə satışı da “VOLT AVTO”ya məxsusdur və avtomobilin ölkəmizdə rəsmi təqdimatı bu ilin aprelinə planlaşdırılır.
“HUAWEI” və “SERES” qrupu tərəfindən yaradılan AİTO M9 modeli Çində krossover hibrid və ya elektrik güc aqreqatı ilə təklif olunur. Avtomobil təhlükəsizlik və komfort səviyyəsi ilə müştəri məmnuniyyətini qazanmaqda israrlıdır.
AİTO M9 modelinin güc strukturunda nüvə sualtı qayıqlarında istifadə olunana bənzəyən mürəkkəb poladlardan istifadə edilib. Avtomobili zərbəyə davamlı tirlərin ikiqatlı olması, kuzovunun isə, demək olar ki, deformasiya etmək qeyri-mümkünlüyü ən yaxşılardan birinə çevirir.
42 və 52 kVt/saatlıq akkumulyatorla və ya tam elektrik versiyaları ilə təklif olunan AİTO M9 modeli komplektasiyalarından asılı olaraq 490 və 522 at gücünə malikdir.
Avtomobilin 100 km/saat sürəti yığması 4,3 saniyəyə baş tutur. Onun ölçüləri 5230 x 1999 x 1800 mm, təkər bazası 3110 mm-dir.
Qeyd edək ki, hal-hazırda “VOLT AVTO”da Seres Aito M7 və Aito M5 modelinin rəsmi satışı da həyata keçirilir.
Fürsəti dəyərləndirmək, səyahətinizi daha da gözəlləşdirmək üçün salonumuza yaxınlaşmağınız kifayətdir.
Ətraflı məlumat üçün:
*0078
https://www.voltavto.az/
Badamdar yolu 1c.
“VOLT AVTO” - addım-addım tərəqqiyə doğru!
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı










