“Volvo Cars Azərbaycan” yeni modeli - PLUG-IN HYBRID-i təqdim etdi! - FOTO

Fevralın 21-də “Volvo Cars Azərbaycan” sərgi salonunda “Pasha Private Banking”in təşkilati dəstəyi ilə, yeni avomobili “Volvo XC90 R-Design Plug-in Hybrid”i təqdim etdi.
Avtosfer.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, tarix boyu “Volvo”nun ən başlıca vəzifəsi insan təhlükəsizliyi olub. İndi isə, şirkət planetin təhlükəsizliyi və onun həyat qabiliyyətinin uzadılmasına qayğı göstərmək üçün məsuliyyəti öhdəsinə götürdü.
“Volvo” Plug-in Hybrid elektrik, eləcə də benzinlə işləyən mühərrikə malik olan avtomobildir. O, çox asanlıqla şarj edilir və bir şarjdan növbəti şarj edilməsinə qədər, 40-50 km məsafəni asanlıqla qət edə bilir. Avtomobili evdə və yolda, müvafiq stansiyalarda şarj etmək mümkündür. Avtomobil “PURE Mode” funksiyasına malikdir, buna görə də o, sıfır emissiya ilə ətraf mühitə zərəri minimuma endirməyi bacarıb. Artıq bu gündən etibarən, qeyd olunan avtomobil ilə “Volvo”-nun Əhməd Rəcəbli 40B ünvanında yerləşən sərgi salonunda tanış ola bilərsiniz.
Bu avtomobil məhz “Volvo” üçün səciyyəvi olan inqilabi və ambisiyalı layihənin bir hissəsidir. Həmin layihənin məqsədi isə 2025-ci ilə qədər istehsal olunan bütün avtomobillərdə karbon qazı tullantılarını 40% azaltmaqdan ibarətdir. Ümumiyyətlə, “Volvo”-nun 2040-cı ilə qədər planları yalnız tullantıların azaldılması deyil, eləcə də tam elektrikləşdirməni həyata keçirməkdir.
Musiqi, xoreoqrafiya və digər incəsənət sahələrinin , “Volvo” qismində sadiq və böyük bir tərəfdaşı vardır. Məhz bu səbəbdən bu tədbirdə də müxtəlif incəsənətin müxtəlif istiqamətləri geniş şəkildə təqdim edilib.









Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












