“Volvo” yüksək tələb səbəbi ilə “EX90”ın sifarişini bir müddətlik qəbul etməyəcək - FOTO

“Volvo” bu yaxınlarda özünün flaqman elektromobil yolsuzluq avtomobili “EX90”ı təqdim etdi. İsveç üslubununun luksunu 600 kilometrə qədər məsafə və minimalist dizayn detalları ilə birləşdirən “EX90”, Ultimate Thor Hammer adlı işıqlandırma sistemi ilə həm dəbli, həm də texnoloji cəhətdən təkmilləşmiş avtomobildir.
Avtosfer.az xəbər verir ki, “Volvo”nun yeni tam elektromobil flaqmanı SUV-un bu ilin son rübündə istehsalına başlanacağı gözlənilir. “Volvo”, 2023-cü ilin birinci yarısı ilə bağlı elanında yüksək tələbat səbəbindən “EX90” üçün artıq sifariş qəbul etməyəcəyini açıqlayıb. Təbii ki, bu
yaxın müddətdə sifarişlərin götürülməyəcəyi mənasına gəlir. “Volvo”nun birinci rüb hesabatında, həmçinin “XC40” və “C40 Recharge” modelləri altında yerləşdirilmiş elektrik SUV-un yaxın günlərdə təqdim ediləcəyi bildirilir.
“Volvo”nun baş direktoru Jim Rowan-ın sözlərinə görə yeni kompakt model gələn ilin iyununda təqdim olunacaq. Belə ki, İsveç avtomobil istehsalçısı yaxın on il ərzində tam elektriklə işləyən avtomobillər sırasına sahib olacaq. Təbii ki, buna nail olmaq üçün şirkət 2025-ci ilə qədər çoxlu elektrik modelləri təqdim etməlidir. Reuters-in dərc etdiyi xəbərə görə, “Volvo” 2026-cı ilə qədər ən azı altı tam elektromobil modelini istehsal edəcək və onları istehlakçılara təqdim edəcək.
Yeri gəlmişkən, təqdim ediləcək bütün elektrik modelləri SUV formasında olmayacaq. “Volvo”nun təqdim etməyi planlaşdırdığı modellər arasında sedan kuzov tipli avtomobillər də var. Eyni zamanda bəzi modellər furqon formada təqdim olunacaq.
Nərmin Əkbər
Azərbaycanın avtomobil hissələrinin idxalına çəkdiyi xərci 13 faiz azalıb
Dizel mühərrikli avtomobillərlə bağlı AÇIQLAMA
Payızdan avtomobillər bahalaşa bilər - AÇIQLAMA
Yay istirahəti başa çatdı - AVTOMOBİLDƏ BUNLARI EDİN
Azərbaycana idxal olunan minik avtomobillərinin sayı niyə azalıb? - AÇIQLAMA - FOTO
Avtonom və tam avtomat idarəetmə: Sürücü məsuliyyətdən azad edilmir
Maşın alarkən sizi belə aldadırlar: Alıcıların çoxu bu detalı görmür
Gürcüstanda avtomobillərə "alkoqol bloklaması" sistemi quraşdırıla bilər
Şinlərin təzyiqi öz-özünə arta bilərmi?
Avtomobilə qaz balonu quraşdırmaq hansı halda təhlükəli ola bilər? - AÇIQLAMA
Avtomobil sahibi olanların NƏZƏRİNƏ: YENİ QAYDALAR



















