Yanacaqdoldurma məntəqələri sürücülərin “cibinə girir”: “Milyardlarla vəsait...”

“Lukoil”un yanacaqdoldurma məntəqəsində tutumu 75 litr olan avtomobilin çəninə 82 litr yanacaq vurulub. Bu iddia ilə Azərbaycan Milli Antidopinq Agentliyinin Media və Kommunikasiya şöbəsinin müdiri, tanınmış jurnalist Vamiq Nəsirov sosial şəbəkə hesabında yazıb: “Lukoil”un yanacaqdoldurma məntəqələrindən birində tam çən yanacaq doldurdum. 75 litr tutumu olan çənə 82 litr yanacaq “vurdular”. Üstəlik, çəndə ən azı 3 litr yanacaq vardı. Məsələni aydınlaşdırmaq istədim. Amma çox konkret bir cavab verdilər - “Nə var odur”. O qədər əmin və qəti cavab verdilər ki, özümdən və “Hyundai” şirkətindən şübhələndim. Dedim, yəqin, “Hyundai” “bezrazmer” yanacaq çəni istehsal edib, müştəriləri məlumatlandırmayıb”.

Etiraf etmək lazımdır ki, bu, ilk belə hal deyil. Nəqliyyat eksperti, “Avtosfer.az” saytının baş redaktoru bu barədə “Sherg.az”a fikirlərini bildirib. Onun sözlərinə görə, bu, yeni problem deyil: “Biz illərdir, həmin məsələ haqqında danışırıq. Elə bir sürücü tapılmaz ki, oxşar hallarla qarşılaşmasın. Yanacaqdoldurma məntəqələri gözümüzə baxa-baxa “cibimizə girir”. Özü də korrupsiya ilə mübarizənin bu qədər gücləndiyi bir vaxtda. Yanacaqdoldurma məntəqələri illərdir, milyardlarla vəsait oğurlayırlar, amma onlara qarşı heç bir tədbir görülmür.
Sadəcə yiyəsiz, sahibsiz yanacaqdoldurma məntəqələri bağlanır, digərləri isə fəaliyyətini yenə də davam etdirir. SOKAR müntəzəm olaraq açıqlama verir və bildirir ki, yanacaqdoldurma məntəqələrinə keyfiyyətli benzin satılır.
Deməli, həmin məntəqələr özləri nə isə bir dələduzluq edirlər. Hər halda hüquq mühafizə orqanları belələrinə qarşı sərt tədbirlər görməli və onları cəzalandırmalıdır. Bu, o qədər də böyük araşdırma tələb etmir. Hər şey gün kimi aydındır”.
E.Muradlı, həmçinin yanacaqların keyfiyyəti məsələsinə də toxunub: ““Azpetrol”, “Lukoil” kimi yanacaqdoldurma məntəqələri hər on litrlik benzindən orta hesabla bir litr oğurlayırlar. Dediyim kimi, hüquq-mühafizə orqanları məsələni nəzarətə götürməlidir. Lakin problem bununla bitmir. Bizim xaricə satdığımız yanacaqdan hər kəs razıdır. Di gəl ki, növbə özümüzə çatanda vəziyyət dəyişir. Məlum olduğu kimi, biz xaricdən yalnız 95 markalı, prenium benzin alırıq. Ölkəmizdəki sürücülərin əksəriyyəti isə yerli istehsal olan 92 markalı benzindən istifadə edir.
Deməli, keyfiyyətli məhsulu əcnəbiyə, keyfiyyətsizi özümüzünkünə satırıq. Nəticədə 5-6 aydan sonra maşında nasazlıq yaranır, qəribə səslər çıxır. Ustalar da təsdiqləyir ki, problem benzinin keyfiyyətindədir.
Danışmaqla, müzakirə etməklə hansısa nəticə əldə etmək ümkün deyil. Nəzarət və cəza mexanizmi işə düşməlidir”.
"Hər beş avtomobildən biri standartlara cavab vermir": Utilizasiya fondu niyə ləğv edilir?
Gələn ildən bu maşınlar 7 il ƏDV-dən AZAD EDİLƏCƏK
"BYD" "Rolls-Royce" və "Mercedes-Maybach"ın rəqibini təqdim etdi - FOTO
Sükan arxasında bu səhvi edənlər ÇOX PEŞMAN OLACAQ
Qar altında qalan avtomobilləri hansı təhlükələr gözləyir? - Mütəxəssisdən vacib tövsiyələr
Bakıda ucuz maşınlar satışa çıxarılıb: Qiymət 3500-dan başlayır - SİYAHI
Azərbaycan-Çin avtomobil daşımaları sazişi: “Ölkəmiz ən qısa və təhlükəsiz yoldur” – ŞƏRH
Azərbaycana 10 ayda 60 mindən çox avtomobil gətirilib: Dəyəri milyard dollardan çoxdur
Avtomobil idarə edən şəxslərin NƏZƏRİNƏ!
Azərbaycan Çinlə avtomobil daşımaları sahəsində əməkdaşlıq edəcək
Rusların sağsükanlı “Toyota” sevgisi












