Yaponiya ABŞ-dan “Toyota” avtomobilləri idxal edəcək

Yaponiyanın iri avtomobil istehsalçısı “Toyota Motor” ABŞ-dakı zavodlarında istehsal olunan nəqliyyat vasitələrini Yaponiyaya idxal etməyi planlaşdırır. Avtosfer.az Yaponiya mediasına istinadla xəbər verir ki, bu barədə şirkətin prezidenti Sato Koci açıqlama verib. “Toyota” bu addımı Donald Tramp administrasiyasının rüsum tədbirlərinin öhdəsindən gəlmək üçün atır. Belə ki, ABŞ istehsalı olan “Toyota” avtomobillərinin Yaponiyaya idxalı Vaşinqtona Yaponiya ilə ticarət defisitini azaltmağa imkan verəcək.
Sato Koci əlavə edib ki, Yaponiya hökuməti avtomobil şirkətlərinə ABŞ istehsalı olan avtomobilləri idxal etməyə imkan verən şərait yaratmaq üçün təşəbbüs göstərməlidir.
NHK kanalı bildirir ki, “Toyota” şirkəti ABŞ-dan avtomobil idxal etmək barədə planını Prezident Donald Trampın Yaponiyaya səfəri zamanı açıqlayacaq.
Qeyd edək ki, dünyanın ən iri avtomobil şirkətlərindən olan “Toyota”nın ABŞ-dakı 6 zavodunun ümumi istehsal gücü ildə 1,2 milyon avtomobil təşkil edir.
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?












