Yeni Chevrolet Tahoe polisdə xidmətə başlayacaq

Chevrolet Tahoe ofrouderi polislər arasında Forf Explorer qədər populyar olmasa da, hüquq-mühafizə orqanlarında xidmət keçir. Bu gün Chevrolet şirkəti Tahoe modelinin iki zavod versiyasını təqdim edib. Nə qədər qəribə səslənsə də, versiyalardan biri cinayətkarları təqib etmək üçün nəzərdə tutulub. İkinci modifikasiya isə daha ağlabatan işlə - 3,7 ton ağırlığında qoşqunu yedəyə almaq ilə məşğul olacaqdır.
Tahoe Police Pursuit Vehicle (PPV) adlanan polis avtomobili təkmilləşdirilmiş asqını, yeni amortizatorları, stabilizatorları, 406 millimetrlik diskləri və altı porşenli supportları olan Brembo əyləc mexanizmlərini, həmçinin gücləndirilmiş arxa differensialı əldə edib. Bu dəyişikliklər azaldılmış klirens ilə birlikdə avtomobilin idarəetməsini yaxşılaşdırır və sürətli manevrlər zamanı daha dayanıqlı olmasını təmin edir. Bundan əlavə, xüsusi Firestone Firehawk Pursuit təkərləri sayəsində polis avtomobilinin əyləc məsafəsini əhəmiyyətli dərəcədə azaltmağa imkan verib.

Chevrolet Tahoe SSV (Special Service Vehicle) dartıcısı, öz növbəsində, qoşqu dəsti ilə təchiz edilmiş və xüsusi polis texnikalarının quraşdırılması üçün hazırlanmışdır.
Xüsusi avadanlıqların quraşdırılmasını asanlaşdırmaq üçün polis avtomobillərinin elektrik sistemi dəyişdirilmişdir. salonun ön hissəsində xarici qurğular qoşmaq üçün 31 çıxış, baqajda isə 56 çıxış nəzərdə tutulub. Ən vacib funksiyaları idarə etmək üçün sükan çarxındakı standart düymələri “yenidən qoşmaq” olar. Bundan başqa, avtomobillər iki akkumulyator ilə təchiz edilir. Nəhayət, xüsusi versiyalar, tam sursatlı polis əməkdaşlarının rahat əyləşməsini təmin edən orijinal ön oturacaqlara sahib olublar.

Hər iki xüsusi versiya 360 at qüvvəsinə malik olan 5,3-litrlik V8 mühərriki və 10-pilləli avtomatik ötürmələr qutusu ilə təchiz edilir. Tahoe PPV modeli standart olaraq arxa ötürmə ilə təklif edilir. Tam ötürmə isə, opsiyadır. Tahoe SSV modeli standart olaraq tam ötürmə sistemi ilə təchiz ediləcəkdir. Azaldığı pillələr cərgəsi və yedək qurğusu bu model üçün opsiyadır.
500 dollara təklif olunan “Zapı” 9200-ə satıldı
Jurnalistin kəşf etdiyi, sürücülərin lənətlədiyi ixtira
Azərbaycanda artıq bu maşınların satışı artacaq: YENİ DÖVR BAŞLAYIR
Avropanın ortasında sovet avtomobilləri ekspozisiyası - FOTOLAR
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar










