Yeni Maybach qiymətinə Mercedes-Benz E60 AMG satılır
Almaniyada fəaliyyət göstərən avtosalonlardan birində Mersedes-Benz E-Class (W124) modelinin nadir nüsxələrində biri - E 60 AMG sedanı satılır. Rəsmi məlumatlara görə, 381 at qüvvəli 6,0-litrlik V8 mühərriki ilə təchiz edilmiş sedanlar 45 nesxəlik tirajla istehsal edilib. Eksklüziv sedan üçün 199 min avro tələb edilir ki, bu qiymətə Almaniyada V12 mühərriki ilə təchiz edilmiş yeni Mercedes-Maybach S 650 modelini almaq olar.

Mercedes-Benz E 60 AMG sedanı digər unikal avtomobilin - Mercedes-Benz 500 E sedanının təkmilləşdirilmiş variantıdır. Avtomobilin mühərrikinin həcmi 5,0 litrdən 6,0 litrə qədər artırılmış, hasilatı isə 381 at qüvvəsinə və 580 Nm fırlanma anına çatdırılmışdır. Digər dəyişikliklər arasında gücləndirilmiş dörd pilləli "avtomat", yenidən tənzimlənmiş şassi və buraxılış sistemi vardır.
Satışa çıxarılan nüsxə 1993-cü ilin dekabrında buraxılıb və 27 il ərzində üç sahibini dəyişib və tam bərpa edilib. Avtomobilin bərpa edilməsinə altı rəqəmli məbləğin qoyulduğu iddia edilir və "sıfırlanmadan sonra" avtomobil cəmi 2.509 kilometr məsafə qət edib. Avtomobilin ümumi yürüyüşü barədə məlumat verilmir.


W124 kuzovundakı E-Class modelinin debütündən 35 ildən çox vaxt keçməsinə baxmayaraq, sedan zəngin təchizata malikdir: salon qara dəri ilə üzlənib, ABS sistemi, sükanın hidrogücləndiricisi, kruiz-kontrol, kondisioner, ön oturacaqların və güzgülərin elektriklə tənzimlənməsi, lyuk, audisistem quraşdırılıb.
Avtosalon Mercedes-Benz E 60 AMG modelinin satışından 199 min avro əldə etmək istəyir. Almaniyada V12 mühərriki olan yeni flaqman Mercedes-Maybach S 650 modelinin 203,7 min avroya satıldığını nəzərə alsaq, bu kifayət qədər iri məbləğdir. Bununla birlikdə, ciddi bir alıcı tapılarsa, avtosalon qiyməti müzakirə etməyə hazırdır. (autograph.az)
Mənbə: Biposto.gmbh
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












