Yeni "Mustang"ın alıcıları onu sata bilməyəcəklər

Yeni "Ford Mustang GTD" avtomobilinin ilk sahibləri onu iki il ərzində yenidən satışa çıxara bilməyəcəklər.
Avtosfer.az auto.ru-ya istinadən xəbər verir ki, ən sürətli və güclü müasir "Mustang"ın alıcıları əlavə razılaşma imzalamağa məcbur edilirlər. Bu, idman maşınlarının həqiqi həvəskarlara, yoxsa spekulyantlara çatmasını təmin etmək üçün edilir. Əvvəllər "Ford" eyni sxemlə 2022-ci ildə istehsaldan çıxarılan kiçikseriyalı orta mühərrikli GT kupesini satıb.
Qeyd edək ki, "Ford Mustang GTD" keçən ilin yayında təqdim edilib və ümumi istifadə yolları üçün icazəyə malikdir, lakin mahiyyətcə o yarış maşınıdır və qismən "Mustang GT3" texnologiyalarına əsaslanır.
Avtomobilin karbon lifindən hazırlanmış gövdə panelləri və aerodinamik elementləri, geniş tənzimləmə imkanları olan tamamilə fərqli adaptiv asqı sistemi və 5,2 litrlik 826 at gücündə mexaniki kompressorlu V8 mühərriki var.
Keçən il bu "Mustang" Nürburqrinq trasında bir dövrəni 6 dəqiqə 57,685 saniyəyə qət edərək ABŞ-nin seriyalı maşınları üçün ən yaxşı nəticəni göstərib.
ABŞ-də yeni "Mustang GTD"nin baza qiyməti 300 min dollardan yuxarıdır.
(oxu.az)
Masazır yolunda sürücülər üçün TƏHLÜKƏ
Avtomobil almaq istəyənlər DİQQƏT! – Bunu mütləq edin
İkinci əl avtomobil alanların DİQQƏTİNƏ: Bunları BİLMƏLİSİNİZ
"Su qiymətinə" tanınmış markalı avtomobillər satılır
16 km/saat sürətlə kraş-test nəyə xidmət edir?
Avtomobilini şarj edənlərin NƏZƏRİNƏ! - Nazirlikdən xəbərdarlıq
Azərbaycanda mənzil qiymətinə avtomobil nömrələri - SİYAHI
Çin təkərlərinin heç biri qış testini keçə bilmədi
Azərbaycanda ən çox alınan avtomobillər - SİYAHI - FOTO
Tıxacda qalmaq xərçəngə də yol aça bilər - MÜTƏXƏSSİSLƏRDƏN XƏBƏRDARLIQ
Maşının şüşəsinə gerb yapışdıranları nə gözləyir? - AÇIQLAMA












