Yeni nəsil "BMW M4" kabrioleti yeganə versiyada təklif olunur - FOTO

BMW şirkəti yeni nəsil M4 kabrioletini təqdim edib. Adi BMW 4 Series kabrioleti kimi, M4 Convertible modeli də sələfinin üçhissəli sərt tavanından 40% daha yüngül və nəzərəçarpacaq dərəcədə yığcam olan yumşaq damla təchiz edilir. Yumşaq damı 50 km/saat həddinə qədər olan sürətlərdə açıb-bağlamaq olar.
Lakin maraqlı bir məqam var: belə ki, M3 sedanını və M4 kupesini sifariş edən zaman ötürmə və transmissiyanın növünü seçmək mümkündürsə, kabrioletin alıcılarının belə şansı yoxdur.
"Bərkgedən" kabriolet yeganə M4 Competition Cabrio xDrive versiyasında təklif olunur. Bu isə, kapotun altında 8-pilləli "avtomat" və M xDrive tam ötürməsi ilə birlikdə çalışan 510 at qüvvəsi və 650 Nm fırlanma anı hasil edən 3,0-litrlik biturbomühərrikin yerləşdirindən xəbər verir.
Çoxdiskli mufta, ön oxu yalnız ehtiyac olduqda qoşur, öz növbəsində bu, avtomobilin arxa ötürməli xarakterini qoruyub saxlamağa imkan verir. Arxa oxda elektronika tərəfindən idarələnən aktiv M-differensial quraşdırılır.
Üstəlik, hərəkət elektronikasının, stabilizasiya sistemi ilə birlikdə ön ötürmənin söndürülməsini nəzərdə tutan drift rejimi də mövcuddur. Əlavə ödəniş qarşılığında, drift rejimində idarəetməni mənimsəməyə kömək edəcək M Drift Analyzer sistemini də quraşdırmaq mümkündür.
Kupe ilə müqayisədə kabrioletin alt hissəsi əlavə dayaqlar ilə gücləndirilib və buna görə də, tam təchizatlı M4 kabrioletinin çəkisi 1920 kiloqram təşkil edir. Kupe ilə müqayisədə artım 145 kiloqramdır.
Bununla birlikdə, tərkibinə karbondan karkası olan oturacaqlar, karbon-saxsı əyləcləri və yüngül təkər diskləri daxil olan M Race Track paketini sifariş edərək, kabrioletin çəkisini 25 kiloqram azaltmaq olar.
Tam ötürməli kabriolet 100 km/saat həddini 3,7 saniyəyə toplayır ki, bu da bənzər kupedə olduğundan 0,2 saniyə çoxdur. Kabrioletin 200 km/saata sürətlənməsinə 13,1 saniyə tələb olunur. Maksimal sürət ənənəvi olaraq elektronika tərəfindən 250 km/saat həddində məhdudlaşdırılır. Opsional M Driver's paketi bu həddi 280 km/saata çəkməyə imkan verir.
Açıq kuzovlu BMW M4 modelinin istehsalına cari ilin iyul ayında start veriləcəkdir. "Bərkgedən" kabrioletin Almaniyadakı satış qiyməti 98.500 avrodan başlayır.
Sürücülərin kabusuna çevrilən yol - Maşınlara ciddi ziyan dəyir - FOTOLAR
Ailədə hər kəsin ayrıca avtomobili: rahatlıq, yoxsa şəhərlərdə tıxacın əsas səbəbi? - ARAŞDIRMA
2025-ci ildə ən çox satılan elektromobillər – SİYAHI
Bunları avtomobilə quraşdıranlar cərimələnəcək - Aprelin 1-nə qədər vaxt verildi
Qaradağda avtomobillərə texniki baxış kompleksi tikiləcək
Avtomobilin rəngi insan xislətini göstərirmi?
Elektromobil istehsalında inək qanından istifadə ediləcək?
DJ Mahmutun 350 min dollarlıq avtomobili - FOTOLAR
Azərbaycanda bəzi avtomobillər kəskin BAHALAŞDI - VİDEO
2026-cı ilin ən yaxşı dizel mühərriki məlum oldu - FOTO
Cərimələrlə bağlı daha bir YENİLİK - SMS və tanışlıq kifayət edəcək























