Yeni nəsil "Tesla Roadster" barəsində yeni TƏFƏRRÜATLAR

Bir neçə gün bundan öncə Elon Musk bildirdi ki, Tesla özünün yeni nəsil Roadster idman elektromobilini artıq gələn il satışa çıxartmağı planlaşdırır. İndi isə Musk sözügedən elektromobil barəsində digər maraqlı məlumatları qeyd edib. Musk-ın sözlərinə əsasən yeni nəsil Roadster elektromobili SpaceX ilə Tesla arasındakı əməkdaşlığın məhsuludur və o, dizayn ilə funksionallıq mövzularında radikal təkamülü sərgiləyəcək. Tesla Roadster-in SpaceX ilə Tesla arasındakı əməkdaşlığın məhsulu olması elektromobilin hansısa texnoloji üstünlüyə sahib olacağından xəbər verir. Musk-ın sözlərinə əsasən yeni Roadster saatda 97 km sürəti 1 saniyəyə yığa biləcək və bu, elektromobilin yeganə heyrətləndirici özəlliyi olmayacaq. Gözləntilərə əsasən növbəti nəsil Roadster-in yeni təqdimatı bu ilin sonunda baş tutacaq. (technote)
Azərbaycanlıların avtomobil seçimi dəyişir: Hansı markalara maraq artır? - FOTO
Azərbaycanda maşınlar ucuzlaşacaq - Yanvarın 1-dən...
Elektromobillərə güzəşt tələbi: İdxal vergisi satışa necə təsir etdi? - FOTO
Avtomobil təkərini hansı hallarda təmir etmək lazımdır? - Mütəxəssisdən tövsiyələr
“Mercedes” 70-ci illərdəki prototipi hərraca çıxarır – 25 milyon USD - FOTOLAR
"BMW" böyük dəyişikliklərə hazırlaşır: Bəzi məşhur modellər əvvəlki kimi olmayacaq - FOTO
Evində maşını olanların NƏZƏRİNƏ!
"BMW" sahiblərinə qəribə müraciət: Maşını qarajda saxlamayın
Elektromobillərin daha bir mənfi tərəfi üzə çıxdı
Avtomobilin sobası niyə yaxşı qızdırmır? - 5 əsas SƏBƏB
Böyük dövrlü mühərrik elektromobil üçün üstünlükdürmü?












