Yeni növ radarlar işə düşür: motosikletçilərin işi çətinləşir

Motosikl sürücülərinin sürət rejiminə və ümumiyyətlə qaydalara məhəl qoymamasına hər yerdə rast gəlinir. Lakin bunun da çarəsi tapılıb. Avtosfer.az-ın xəbərinə görə, Fransanın Nant şəhərində 2 ildir sınaq rejimində işləyən ikiyönlü radar özünü doğrultduğu üçün sertifikatlaşdırılıb. Yaxın vaxtlarda geniş tətbiq olunacağı bildirilir. Bəs bu radar necə işləyir?
İkiyönlü radarın iş prinsipi stasionar radardan fərqlənmir. Sadəcə olaraq bu radarlar sürət həddini aşan avtomobili arxadan, yəni radarı keçdikdən sonra da çəkdiyi üçün motosikletçiləri və qabaq nömrəni açan sürücüləri asanlıqla müəyyən etmək mümkün olur. Bir sözlə, motosiklet sürücüləri və qabaq nömrəni açanlar cəzadan yayınmaq üçün yeni metod axtarmalı olurlar.

Tormoz radarı isə konkret olaraq stasionar radarların yerini bilənlər üçündür. Sistem belə işləyir: stasionar qüllə radarından əvvəl və sonra 4 radar quraşdırılır və bunların yeri sürətli dəyişdirilir. İlk radarlar qülləyəqədərki sürəti, digərləri isə qüllədən sonrakını nəzərə alır. 5 radarın sinxron işi sayəsində sürücünün yolda kəskin tormozlaması və ya sürətlənməsi məlum olur. Yüksək sürətlə gəlib stasionar radara yaxın sürəti kəskin azaldan sürücüyə isə qəza riski yaratmaya görə cərimə gəlir.
Sual olunur: bəs sürücü radardan əvvəl xəbərdaredici nişanı görmürmü? Cavab sadədir: əksər Avropa ölkəsində radarla bağlı xəbərdarlıq işarəsinin qoyulması məcburi xarakter daşımır. Bu işarənin qoyulması bələdiyyənin səlahiyyətindədir.
Bu yerdə bir xalq məsəli yerinə düşür: atam bicdir, kündəni sayır, anam bicdir kündəni kəsir. Yəni, polis də texnoloji yenilikləri tətbiq edir və qayda pozanların fəaliyyət dairəsini daraldır.
Vüqar
Səsboğucu hansı hallarda qanunidir? - Maşın həvəskarlarının DİQQƏTİNƏ - 150 MANAT CƏRİMƏ
Yarım əsrlik “Niva” 60 min manata satışa çıxarıldı - FOTOLAR
Açıq səma altında avtomobil muzeyi tarixə qovuşdu - FOTO
Elektromobil və hibrid satışında növbəti rekord
Beton yolun insan səhhəti üçün zərərli olduğu bildirilir - FOTO
Avtomobil bazarında SON VƏZİYYƏT - VİDEO
Tamamilə Yeni RAV4 – Hər macərada daha möhkəm və daha rahat - FOTO
Hibrid avtomobillərin yayda yanacaq sərfiyyatının artmasının səbəbi
Mercedes-Benz GLE və E-Class üçün ötənilki şərtlər geri qayıdır
Avtomobilin arxa oturacağında neçə nəfər daşına bilər? - VİDEO
BYD “Volkswagen”in “Şüşə manufaktura”sını alır - VİDEO











