Yeniyetmələr iki "Lamborghini Urus"u qaçırıb bir-biri ilə toqquşdu - FOTO

Yeniyetmələr Boston (ABŞ) yaxınlığında bir avtomobil dilerindən iki Lamborghini Urus krossoverini oğurladılar. Bu barədə yerli hüquq-mühafizə orqanları məlumat yayıb.
Avtosfer.az xəbər verir ki, polisin bildirdiyinə görə, təcavüzkarlar oğurlanmış avtomobillərlə yarış təşkil ediblər və nəticədə bir-biri ilə toqquşublar. Hazırda yeniyetmələrdən biri tutulub. Oğru ev həbsinə göndərilib. Polis ikinci təcavüzkarı axtarır. Polis hər iki oğrunun sürücülük vəsiqəsinə sahib olmadığını deyib.
Qeyd edək ki, idmansayağı yolsuzluq avtomobili Lamborghini Urus yüksək məhsuldarlığa malik 4.0 V8 twin turbo mühərriki alıb. O, 650 a.g. və 850 Nm fırlanma anına malikdir.Avtomobil yerindən ilk yüzlüyə 3,6 saniyəyə sürətlənir və maksimal sürəti 305 km/saatdır.
Nazim Nadiroğlu




Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












