Yol polisi Bakıda parklanmaya görə cərimə yazmağa başladı - DİQQƏT

Avtoxəbər 22 İyul 2020 15:08 Oxunub 7372
Yol polisi Bakıda parklanmaya görə cərimə yazmağa başladı - DİQQƏT
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Artıq yüzlərlə sürücü yol polisi tərəfindən cərimələnib

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.

Sərəncama əsasən, Bakı şəhərində dayanma-durma və parklanma qaydalarının təşkili və nəzarət mexanizminin həyata keçirilməsinə həm də Bakı şəhər Dövlət Yol Polisi cəlb olunacaq. Yəni, sərəncamla bu səlahiyyət Daxili İşlər Nazirliyinə, daha dəqiq desək Dövlət Yol Polisinə həvalə edilib. Bundan sonra yol polisi Bakı Nəqliyyat Agentliyi ilə birgə paytaxt ərazisində dayanma-durma və parklanmaya nəzarət edir.

Yalnız iki halda bu səlahiyyət təkcə BNA-da qalır. Bu da sürücünün parklanma yerini ödəniş etmədən tərk etməsi və 24 saatdan artıq parklanma yerində qalmasına görə cərimələrin tətbiqidir. Digər hallarda - qadağan olunmuş yerdə avtomobili park etmək, parklanma qaydasını pozmaq (paralel və perpendikulyar parklanma icazə verilən yerdə düzgün saxlamamaq), avtobus dayanacaqlarında maşın saxlamaq, avtobusu dayanacaqdan kənarda dayandırmaq, əlillər üçün nəzərdə tutulmuş yerdə avtomobillərin park edilməsi hər iki qurum tərəfindən nəzarətdə saxlanılacaq.

Avtosfer.az-ın əldə etdiyi məlumata görə, artıq Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları parklanma ilə bağlı cərimələrin tətbiqinə başlayıb. DYP əməkdaşlarının bort-komputerinə İnzibati Xətalar Məcəlləsinin 346-cı maddəsi əlavə edilib və onlar bir neçə gündür Prezidentin imzaladığı fərmanın icrasına başlayıblar. Şəhər ərazisində avtomobili qadağan olunmuş yerlərdə park etmiş yüzlərlə sürücü cərimələnib. Həmçinin zərurət olduğu hallarda avtomobillər evakuasiya olunub.

Yol polisi sürücülərə xəbərdarlıq edir ki, avtomobili qadağan olunmuş yerlərdə park etməsinlər, əks halda, cərimə qaçılmazdır. DYP sürücüləri qaydalara əməl etməyə, digər hərəkət iştirakçılarına çətinlik yaratmamağa çağırır.

 

Orxan Əli

ŞƏRH YAZ
Ad

E-mail

Şərh