Yol polisi rayon maşınlarını bu ərazilərdən buraxmayacaq - 3 yeni post yaradıldı

Иayram günlərində bölgələrdən Bakı, Sumqayıt və Abşerona girişin qadağan edilməsi ilə 3 yerdə yol polisi postları quraşdırılacaq. Avtosfer.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib. Onun sözlərinə görə, artıq həmin postların qurulmasına başlanıb: "Bu postlar Bakı-Ələt-Astara yolunun 65-ci kilometrliyində, Bakı-Quba yolunun 45-ci kilometrliyində və Bakı-Şamaxı yolunun 26-cı kilometrliyində quraşdırılmağa başlanılıb. Martın 19-u saat 00:00-dan etibarən həmin istiqamətlərdən Bakı, Sumqayıt və Abşeron ərazisinə daxil olan avtomobillər və sərnişinlər saxlanılaraq yoxlanılacaq. Avtomobil nömrəsi Bakı, Sumqayıt və Abşeron qeydiyyatı olmasına baxmayaraq həmin avtonəqliyyat vasitələri də postlarda saxlanılacaq və onların sərnişinlərinin qeydiyyat yeri dəqiqləşdiriləcək. Ona görə də vətəndaşlardan xahiş edirik ki, martın 19-dan 29-dək bölgələrə və ya bölgələrdən Bakı və Abşeron yarımadasına səfər etməsinlər. Əks halda onların bu ərazilərə daxil olmasına icazə verilməyəcək".
Utilizasiyaya verilən maşınlar arasında 2026-cı il istehsalı olan da var - RƏSMİ AÇIQLAMA
Təkəri qaraldaraq öz əlimizlə necə korlayırıq?
Sürücülərə cərimələrlə bağlı vacib yenilik: Yeni qərar imzalandı
Gürcüstanda Qırmızı körpüdən Türkiyə sərhədinədək avtoban tikilir
Almaniyalı istehsalçı işdən gedənlərə 1 milyard avro kompensasiya ödəyəcək
Bakıda yarım milyonluq avtomobil satışa çıxarıldı – FOTOLAR
Azərbaycanlıların sevimli maşını kəskin bahalaşdı – 140 MİN MANAT
Dövlət qurumları bu gün onlarla avtomobili ucuz qiymətə hərraca çıxaracaq - Siyahı
Ən az enerji sərf edən elektromobil bəlli oldu
Azərbaycanda satılan ən bahalı 5 maşın - QİYMƏTLƏR
Bu Çin avtomobilinin hərəkət zamanı arxa körpüsü qopur












