Yol polisindən bahalı nömrə və avtomobillərlə bağlı açıqlama - FOTO

«Avtomobilin dövlət qeydiyyat nişanları ilə bağlı qanunsuz hərəkətlərə yol verən, nömrələri eyni vaxtda ayrı-ayrı nəqliyyat vasitələrinin üzərinə vuran şəxs Dövlət Yol Polisi Tərəfindən aşkar olunarsa, sözsüz ki, məsuliyyətdən kənarda qalmayacaq». Bunu Avtosfer.az-a açıqlamasında DİN Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik Kamran Əliyev deyib. İki gün öncə saytda yaydığımız 10 UO 002 dövlət nömrə nişanının eyni vaxtda deyil, ayrı-ayrı vaxtlarda bir neçə maşına vurulduğunu deyən DYP rəsmisi əlavə etdi ki, bununla bağlı konkret faktlar olarsa, yol polisi mütləq tədbir görə bilər: «Lakin bu maşının fotoları ilə bağlı apardığımız araşdırmalar zamanı məlum oldu ki, burada qanunsuz heç nə yoxdur. Çünki avtomobilin nömrəsi DYP-də qeydə alınıb. Yəni, nömrə hansı maşına vurulubsa, bu barədə DYP-də qeydiyyat aparılıb. Əgər kimdəsə belə fakt varsa ki, bir nömrə eyni vaxtda iki maşına vurulub, belə faktları bizə təqdim etsinlər, bizə də xoş olar ki, DYP-yə dəstək olurlar və qanunsuz əməllərin qarşısı alınır».
Kamran Əliyev onu da dedi ki, bu nömrənin vurulduğu avtomobillər bir yox, ayrı-ayrı şəxslərin adına olub. Lakin qeyd etmək yerinə düşər ki, bu fotoları facebookda Həsən Həsənov adlı şəxs öz profilində yayıb. Fotolardan da məlum olur ki, 10 UO 002 dövlət nömrə nişanı ağ və qara rəngli «Mersedes S-Class» markalı avtomobillərin, ağ rəngli «Mersedes-Galendewagen»in, həmçinin, «Cadellac» markalı avtomobilin üzərində olub.
Elməddin
Avtonom və tam avtomat idarəetmə: Sürücü məsuliyyətdən azad edilmir
Maşın alarkən sizi belə aldadırlar: Alıcıların çoxu bu detalı görmür
Gürcüstanda avtomobillərə "alkoqol bloklaması" sistemi quraşdırıla bilər
Şinlərin təzyiqi öz-özünə arta bilərmi?
Avtomobilə qaz balonu quraşdırmaq hansı halda təhlükəli ola bilər? - AÇIQLAMA
Avtomobil sahibi olanların NƏZƏRİNƏ: YENİ QAYDALAR
Azərbaycanda bəzi avtomobillərə xüsusi nişanlar vurulacaq - AÇIQLAMA - FOTO
Sürücüsüz avtomobillər üçün YENİ DÖVR – Təhlükəsizlik standartları təsdiqləndi
Avtomobil sahiblərinin NƏZƏRİNƏ - YENİLİKLƏR TƏTBİQ OLUNACAQ
Avropanı və bizi gözləyən ümumi problem
Özü "VAZ-2106", qapıları... - FOTO
















