Bakı kəndlərində yaşayanlar mərkəzə necə gedib-gələcək? - Rəsmi cavab

Xəbər verdiyimiz kimi, COP29 tədbiri zamanı Bakı şəhərinin daxilində bir sıra küçə və prospektlərdə istiqamətlərin dəyişdirilməsi nəzərdə tutulub.
Avtosfer.az-ın məlumatına görə, bu barədə COP29 konfransı günlərində tətbiq olunacaq nəqliyyat planının təqdimatına dair brifinqdə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin rəisi Namidan Piriyev danışıb.
Onun sözlərinə görə, mərkəzdən hava limanı istiqamətində hərəkət edənlər 8 Noyabr prospektindən və Zığ yolundan istifadə etməklə gedə biləcəklər.
Bundan başqa, Sabunçu-Zabrat istiqamətində yaşayanlar, Heydər Əliyev prospektindən əlavə köməkçi yolla Bakıxanov qəsəbəsi ərazisindən keçməklə, Koroğlu m/st yanından sağ zolaqla - Bəşir Bünyadov, Yavər Əliyev və Asəf Əsədullayev küçəsində “Komsomol” körpüsünün altından istifadə etməklə Sabunçu yoluna çıxa bilərlər.
Sabunçu rayonu istiqamətindən şəhərə gəlmək istəyənlər isə, Balaxanı yolu ilə Binəqədi rayonu ərazisini keçməklə oradan şimal istiqamətinə və paytaxtın mərkəzinə gələ bilərlər.
Mərdəkan istiqamətindən hava limanına getmək istəyən sürücülər isə, Şüvəlandan Qala-Hövsan yoluna çıxıb, daha sonra oradan Zığ yoluna keçib aeroporta gedə biləcəklər.
Azərbaycanda “yaşıl bina”ların tikilməsinə niyə maraq yoxdur? – EKSPERTLƏR SƏBƏBLƏRİ AÇIQLADI - FOTO
Bu dəyişikliklər edilməsə, ölkəmizə ərzaq idxalı davam edəcək – MÜTƏXƏSSİSDƏN HÖKUMƏTƏ TƏKLİF
COP29-a qarşı hibrid hücumlara dair hesabat hazırlanıb
COP29-da iqlim dəyişikliyi ilə mübarizədə yeni üfüqlər
ADY COP29 çərçivəsində iqlim siyasətində aktiv iştirak etdi - FOTO
Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılar - FOTO
Bakıda hansı mühüm qərarlar qəbul olundu?
COP29 sədrliyi COP30-a dəstək verəcək - Muxtar Babayev
Azərbaycanın COP29 Sədrliyinin növbəti uğuru: Bakıda tarixi QƏRAR!
COP29-un bağlanış mərasimi keçirilir - CANLI
COP29 danışıqları yekunlaşır











