Bu hal aşkarlanarsa mediaya maliyyə yardımı kəsiləcək

Sosial şəbəkə hesablarının və veb-sayt göstəricilərinin süni artırıldığı aşkar edilərsə, onlayn media subyektinə həmin ay üzrə maliyyə yardımının ödənilməsi dayandırılacaq.
Avtosfer.az xəbər verir ki, bunu APA-ya müsahibəsində Azərbaycan Respublikası Media və Yayım Şurasının Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli deyib.
Natiq Məmmədli bildirib ki, ümumi səhifə baxışlarının, veb-sayta daxilolmaların, sosial şəbəkə hesablarının izləyici sayının və qarşılıqlı əlaqə göstəricilərinin proqram təminatı və ya digər vasitələrlə həqiqi istifadəçi marağını və fəallığını əks etdirməyən şəkildə artırılması halında müvafiq göstəricilər qiymətləndirmədə nəzərə alınmayacaq.
Onun sözlərinə görə, maliyyə yardımının göstərildiyi dövrdə onlayn media subyektinin veb-saytının və ya sosial şəbəkə hesablarının göstəricilərinin süni artırıldığı aşkar edilərsə, həmin ay üzrə maliyyə yardımının ödənilməsi dayandırılacaq və xəbərdarlıq ediləcək: “Bu hal ikinci dəfə təkrarlandıqda isə müqaviləyə xitam veriləcək və media subyekti növbəti yarım il üçün elan edilən müsabiqədə iştirak edə bilməyəcək”.
Natiq Məmmədli qeyd edib ki, bu prinsipial yanaşma media subyektləri arasında rəqabətin rəqəmsal etika prinsiplərindən kənara çıxmasının qarşısını alacaq.
Avtobuslar üçün ayrıca işıqforlar neçə marşrutu əhatə edəcək? - AÇIQLAMA
Bakıda bəzi yollarda hərəkət məhdudlaşdırılacaq
Tonlarla şokolad və peçenyeni oğurlayıb satdı, puluna yük maşını aldı
“Avtobusu yük maşını kimi sürür, siqaret çəkir, söyüş söyür” – 7 və 7A-dan ŞİKAYƏT
General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi
Azərbaycanda qurum rəhbəri 6000 manat maaş alacaq
Gəlir vergisinin artması taksi qiymətlərinə təsir etməyəcək - EKSPERT
Gülarəni öldürməkdə şübhəli bilinən 18 yaşlı qardaşının FOTOLARI
Hansı din xadimlərinin dövlət qulluğunda çalışmasına məhdudiyyət qoyulur? – DEPUTAT
Polad Həşimovun anasının son durumu AÇIQLANDI
Bakıda sürücülərin cərimələnməsinə səbəb olan yol xətlənməsi dəyişdirildi - VİDEO












