COP29-un elektrikli təcili yardım avtomobilləri - FOTO - VİDEO

Əslində burada qeyri-adi heç nə yoxdur. 20-ci əsrin əvvəllərində ilk elektromobillər küçələrə çıxanda dərhal həkimlərin marağına səbəb olmuşdu. London, Berlin və Paris kimi şəhərlərdə 110-120 il əvvəl elektrik dartılı təcili yardım avtomobilləri daha çox idi. Çünki bu texnikanın səsi az, tüstü yox idi, həm də daha çevik hərəklət edirdi. Lakn 20-ci illərdə daxiliyanma mühərriki elektriki üstələdi ki, bu da başqa söhbətin mövzusudur. Lakin dünya yenidən elektrikə qayıdır.
Avtosfer.az xəbər verir ki, COP29 tədbirində iş başında olan bəzi tibb heyətlərinə elektrikli təcili yardım avtomobilləri təhkim olunub. Bu dəfə də 100 il əvvəlki prinsip dəyişməyib. Tüstüsüz, səssiz maşınlar həm də daha komfortludur. Elektromobildə pilləli transmissiya olmadığı üçün silkələnmə də olmur. Üstəgəl, elektrik mühərrikli texnika benzin və dizel analoqlarından daha çevikdir. Tibbdə bəzən 1 dəqiqə ləngimə geri dönüşü olmayan fəsadlarla nəticələnir.
Nəhayət, ən əsası: elektrikli təcili yardım avtomobilləri zərurət yarandıöı hallarda qapalı məkanlara da girə bilər. İşlənmiş qazlar olmadığı üçün bu şəraitdə heç kimin tüstüdən zəhərlənmək riski də yoxdur (sadə bir müqayisə: hamının evində elektrik mühərrikli avadanlıq var. Lakin ən kiçik generatoru belə qapalı məkana qoymaq mümkün deyil).
Bir sözlə, XX əsrin əvvəllərində geniş yayılmış elektrikli təcili yardım avtomobillərinə qayıdış gerilik deyil, əksinə, irəliyə doğru proqressiv addımdır. Həm də bəşəriyyətin ciddi iqlim problemləri ilə üzləşdiyi bir vaxtda.
Azərbaycanda “yaşıl bina”ların tikilməsinə niyə maraq yoxdur? – EKSPERTLƏR SƏBƏBLƏRİ AÇIQLADI - FOTO
Bu dəyişikliklər edilməsə, ölkəmizə ərzaq idxalı davam edəcək – MÜTƏXƏSSİSDƏN HÖKUMƏTƏ TƏKLİF
COP29-a qarşı hibrid hücumlara dair hesabat hazırlanıb
COP29-da iqlim dəyişikliyi ilə mübarizədə yeni üfüqlər
ADY COP29 çərçivəsində iqlim siyasətində aktiv iştirak etdi - FOTO
Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılar - FOTO
Bakıda hansı mühüm qərarlar qəbul olundu?
COP29 sədrliyi COP30-a dəstək verəcək - Muxtar Babayev
Azərbaycanın COP29 Sədrliyinin növbəti uğuru: Bakıda tarixi QƏRAR!
COP29-un bağlanış mərasimi keçirilir - CANLI
COP29 danışıqları yekunlaşır















