Banner

Qazaxıstanda Transxəzər marşrutu üzrə yükdaşımalar 64 faiz ARTIB

Xəbərlər 19 Noyabr 2026 18:30
Qazaxıstanda Transxəzər marşrutu üzrə yükdaşımalar 64 faiz ARTIB
WhatsApp kanalımıza abunə olun

Bu ilin 10 ayı ərzində Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə konteyner daşımalarının həcmi 64 % artaraq 57,3 min iyirmi fut ekvivalentə (TEU) çatıb.

Avtosfer.az xəbər verir ki, bu barədə ölkənin Nəqliyyat Nazirliyindən bildirilib.

Qurumun məlumatına görə, yanvar-oktyabr aylarında ölkədə konteyner daşımalarının ümumi həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 8 % artaraq 1,234 milyon TEU təşkil edib.

Xüsusilə, Çin - Avropa - Çin marşrutu üzrə 404 min TEU daşınıb, bu da ötənilki göstəricidən 4,8 % çoxdur. Çin - Rusiya - Çin istiqaməti üzrə həcm 454 min TEU-ya çatıb, Çin - Mərkəzi Asiya - Çin üzrə isə 213,4 min TEU təşkil edib.

Ölkənin tranzit potensialının gələcək inkişafı məsələləri dəmir yolu sahəsinin nümayəndələri və yük operatorlarının iştirakı ilə Almatıda keçirilən müşavirədə müzakirə olunub.

Konteyner qatarlarının sürətinin artırılmasına, vaqonların dövriyyə vaxtının azaldılmasına və dəmir yolu infrastrukturundan istifadənin səmərəliliyinin yüksəldilməsinə xüsusi diqqət yetirilib. (report)

Oxunub : 62
ŞƏRH YAZ
Ad

E-mail

Şərh