COP29 zamanı Bakı aeroportunda gündəlik sərnişin dövriyyəsinin 25-27 minə çatacağı gözlənilir

Noyabrın 11-22-də Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) zamanı Heydər Əliyev Beynəlxalq Aeroportunda gündəlik sərnişin dövriyyəsinin 25-27 minə çatacağı gözlənilir.
Avtosfer.az xəbər verir ki, bunu hava limanının direktoru Teymur Həsənov bildirib.
"Hazırda bu rəqəm 18-20 min arasındadır", - deyə qeyd edib.
T.Həsənovun sözlərinə görə, COP29-la bağlı bütün proseslərin tənzimlənməsi üçün işçi qrup yaradılıb.
"Hava limanı gücləndirilmiş rejimdə gündəlik 45-50 min sərnişinə xidmət göstərə bilər. COP29 çərçivəsində əlavə 15 çarter reysi planlaşdırılır", - o deyib.
Aeroport rəsmisi həmçinin əlavə edib ki, hava limanının uçuş-enmə zolağı əsaslı təmirdən sonra istifadəyə verilib:
"Bundan başqa, sürmə yolları təmir olunub, 3 yeni yol inşa edilib. Sərnişin ötürmə qabiliyyətinin artırılması məqsədilə təhlükəsizlik baxış məntəqələrinin sayı artırılıb. 12 ədəd "self-check-in" və 10 ədəd "baggage drop-off" terminalları quraşdırılıb. Hava limanında internet avadanlıqları yenilənib, daha sürətli və dayanıqlı bağlantı təmin edilib".
Azərbaycanda “yaşıl bina”ların tikilməsinə niyə maraq yoxdur? – EKSPERTLƏR SƏBƏBLƏRİ AÇIQLADI - FOTO
Bu dəyişikliklər edilməsə, ölkəmizə ərzaq idxalı davam edəcək – MÜTƏXƏSSİSDƏN HÖKUMƏTƏ TƏKLİF
COP29-a qarşı hibrid hücumlara dair hesabat hazırlanıb
COP29-da iqlim dəyişikliyi ilə mübarizədə yeni üfüqlər
ADY COP29 çərçivəsində iqlim siyasətində aktiv iştirak etdi - FOTO
Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılar - FOTO
Bakıda hansı mühüm qərarlar qəbul olundu?
COP29 sədrliyi COP30-a dəstək verəcək - Muxtar Babayev
Azərbaycanın COP29 Sədrliyinin növbəti uğuru: Bakıda tarixi QƏRAR!
COP29-un bağlanış mərasimi keçirilir - CANLI
COP29 danışıqları yekunlaşır











