COP29 zolaqlarına avtobuslar buraxılacaq? - AÇIQLANDI

Bakının bir sıra küçələrində təşkil edilmiş COP29 zolaqlarından sabahdan minik avtomobilləri ilə hərəkət etməyə icazə verilməyəcək. Bu barədə AYNA məlumat yayıb. Oktyabrın 15-də verilən icazənin müddəti bu gün başa çatır. COP29 zolaqlarına daxil olan sürücülər 100 manat cərimə ediləcək, eləcə də onlara 2 bal yazılacaq.
Bəs görəsən, paytaxt daxilində hərəkət edən avtobuslar təyin olunmuş nəqliyyat xəttindən istifadə edə biləcəkmi?
Mövzu ilə bağlı nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı bildirib ki, avtobusların təyin olunmuş yoldan istifadəsi qadağan deyil:
“Bu marşurt xətləri COP29-un qonaqları üçün nəzərdə tutulub. Eyni zamanda, ümumi istifadədə olan nəqliyyat vasitələri, yəni avtobuslar üçün hazırlanıb. Bu avtobus xətlərinin həmin zolaqda hərəkəti qadağan deyil və hərəkət edə bilərlər”.
Ekspert tədbirdən sonra bir neçə zolağın avtobuslar üçün saxlanacağını qeyd edib:
“Hətta bildiyim qədər ilə, gələcəkdə həmin zolaqlardan bir neçə avtobus zolağı kimi saxlanacaq. Amma bir çoxu, təxminən 80 faizə yaxını təbdirdən sonra ləğv ediləcək. Təyin olunmuş zolağa girməyin 2 bal və 100 manat dəyərində cəriməsi var. Bu gün gecə saat 12-yə qədər həmin zolaqlara digər nəqliyyat vasitələri də daxil ola bilər”.
(yenisabah)
Azərbaycanda “yaşıl bina”ların tikilməsinə niyə maraq yoxdur? – EKSPERTLƏR SƏBƏBLƏRİ AÇIQLADI - FOTO
Bu dəyişikliklər edilməsə, ölkəmizə ərzaq idxalı davam edəcək – MÜTƏXƏSSİSDƏN HÖKUMƏTƏ TƏKLİF
COP29-a qarşı hibrid hücumlara dair hesabat hazırlanıb
COP29-da iqlim dəyişikliyi ilə mübarizədə yeni üfüqlər
ADY COP29 çərçivəsində iqlim siyasətində aktiv iştirak etdi - FOTO
Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılar - FOTO
Bakıda hansı mühüm qərarlar qəbul olundu?
COP29 sədrliyi COP30-a dəstək verəcək - Muxtar Babayev
Azərbaycanın COP29 Sədrliyinin növbəti uğuru: Bakıda tarixi QƏRAR!
COP29-un bağlanış mərasimi keçirilir - CANLI
COP29 danışıqları yekunlaşır











