Paytaxda 57 avtobus marşrutunun hərəkət sxemi dəyişdiriləcək

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) günlərində Bakıda 57 avtobus marşrutu üzrə hərəkət sxemində dəyişikliklər baş verəcək.
Avtosfer.az xəbər verir ki, bunu COP29 konfransı günlərində tətbiq olunacaq nəqliyyat planının təqdimatına dair brifinqdə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) sədri Anar Rzayev deyib.
O qeyd edib ki, hazırda "Koroğlu" metrostansiyasından 30-dan çox marşrut fəaliyyət göstərir:
"COP 29 dövründə bu metrostansiya ətrafından "Piramida" adlanan ərazidən 3 marşrut işləyəcək. Bunlar 163, 184 və 214 nömrəli marşrutlardır. Üzbəüz tərəf isə tamamilə COP 29 əməliyyatları üçün istifadə olunacaq. Həmin 3 marşrut əsasən "Piramida" adlanan ərazidən Bakının Ramanı, Zabrat qəsəbələri, Suraxanı rayonu istiqamətində hərəkət edəcəklər. "Koroğlu" metrostansiyasına yönələn marşrutların əksər hissəsi "Ulduz" metrostansiyasına istiqamətinə yönəldiləcək. Bu da təxminən 12 sayda marşrutdur. Digər marşrutlar isə "Qara Qarayev" və digər metro stansiyalara yönəldiləcək. Hər bir dəyişmə və marşrutlar haqqında AYNA məlumatlar yayacaq".
"Ölkənin şimal istiqamətindən şəhərə daxil olmaq istəyən vətəndaşlara tövsiyə edirik ki, "Avtovağzal" metrostansiyasından istifadə etsinlər. Bu metrostansiyanın qarşısında olan Nəqliyyat Mübadilə Mərkəzindən 27 marşrut işləyir və şəhərin hər yerinə həm metro, həm ictimai nəqliyyatla çatmaq mümkündür. İctimai nəqliyatda dəyişikliklər yalnız marşrutların təşkilində baş verəcək. Amma digər dəyişiklikləri biz gözləmirik", - deyə A.Rzayev əlavə edib.
Azərbaycanda “yaşıl bina”ların tikilməsinə niyə maraq yoxdur? – EKSPERTLƏR SƏBƏBLƏRİ AÇIQLADI - FOTO
Bu dəyişikliklər edilməsə, ölkəmizə ərzaq idxalı davam edəcək – MÜTƏXƏSSİSDƏN HÖKUMƏTƏ TƏKLİF
COP29-a qarşı hibrid hücumlara dair hesabat hazırlanıb
COP29-da iqlim dəyişikliyi ilə mübarizədə yeni üfüqlər
ADY COP29 çərçivəsində iqlim siyasətində aktiv iştirak etdi - FOTO
Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılar - FOTO
Bakıda hansı mühüm qərarlar qəbul olundu?
COP29 sədrliyi COP30-a dəstək verəcək - Muxtar Babayev
Azərbaycanın COP29 Sədrliyinin növbəti uğuru: Bakıda tarixi QƏRAR!
COP29-un bağlanış mərasimi keçirilir - CANLI
COP29 danışıqları yekunlaşır











