"Ümumi məşğulluğun 46 faizi kənd təsərrüfatı sahəsindədir" - Muxtar Babayev

“Ümumi məşğulluğun 46 faizi kənd təsərrüfatı sahəsindədir. Burada dayanıqlı transformasiya və keçid məsələləri mühüm məqamlardır”.
Avtosfer.az xəbər verir ki, bu sözləri ekologiya və təbii sərvətlər naziri, COP29-un Prezidenti Muxtar Babayev COP29 çərçivəsində Fermerlər üçün Bakı Harmoniya İqlim Təşəbbüsünün başladılması: fermerləri iqlim dayanıqlılığı üçün gücləndirmək Ərzaq, Kənd Təsərrüfatı və Su Gününün rəsmi açılışında deyib.
O vurğulayıb ki, əsas məqsəd kənd təsərrüfatı transformasiyasını yüksək səviyyədə dayanıqlı həyata keçirmək və birlikdə işləməkdir: “Bu təşəbbüs sayəsində əməkdaşlıq daha da güclənəcək, sərmayələrin kənd təsərrüfatı sahəsinə axını artacaq və özəl banklar da buraya cəlb olunacaq. Digər əsas məqsəd fermerlərin gücləndirilməsidir, əsas da qadın fermerlərin”.
Onun sözlərinə görə, fermerlər tərəfindən kənd təsərrüfatı sahəsində emissiyalar və tullantılar çoxdur.
“Hər birimiz ərzaq təhlükəsizliyini təmin etməliyik. Qadın fermerlərin iqlim dayanıqlılığının güclənməsində böyük rolu var. Fermer qruplarını dəvət edirəm ki, bu təşəbbüsə qoşulsunlar”,- deyə o qeyd edib.
Azərbaycanda “yaşıl bina”ların tikilməsinə niyə maraq yoxdur? – EKSPERTLƏR SƏBƏBLƏRİ AÇIQLADI - FOTO
Bu dəyişikliklər edilməsə, ölkəmizə ərzaq idxalı davam edəcək – MÜTƏXƏSSİSDƏN HÖKUMƏTƏ TƏKLİF
COP29-a qarşı hibrid hücumlara dair hesabat hazırlanıb
COP29-da iqlim dəyişikliyi ilə mübarizədə yeni üfüqlər
ADY COP29 çərçivəsində iqlim siyasətində aktiv iştirak etdi - FOTO
Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılar - FOTO
Bakıda hansı mühüm qərarlar qəbul olundu?
COP29 sədrliyi COP30-a dəstək verəcək - Muxtar Babayev
Azərbaycanın COP29 Sədrliyinin növbəti uğuru: Bakıda tarixi QƏRAR!
COP29-un bağlanış mərasimi keçirilir - CANLI
COP29 danışıqları yekunlaşır











