13 aeroportda kütləvi tətillər keçirilir

Almaniyanın ən böyük həmkarlar ittifaqı təşkilatlarından olan Verdinin çağırışı ilə martın 10-da ölkənin ən iri 13 hava limanında birgünlük tətillər keçirilir.
Avtosfer.az “Bild” qəzetinə istinadla xəbər verir ki, Verdinin ictimai sektor işçiləri üçün daha yaxşı əmək şəraiti tələbi ilə təşkil etdiyi tətil nəticəsində ölkənin hava nəqliyyatının fəaliyyəti iflic vəziyyətinə düşüb, minlərlə uçuş ləğv olunub.
Tətillə əlaqədar Berlin Brandenburq Aeroportu (BER) fəaliyyətini tamamilə dayandırıb, bütün uçuşlar ləğv edilib. Frankfurt hava limanında (FRA) isə tətil 1170 uçuşun ləğv edilməsi ilə nəticələnib. Bu aeroportda tətil 150 min sərnişinin səyahətinə təsir edib. Sərnişinlərə terminala getməmək tövsiyə olunur. Münxen hava limanında (MUC) 820 uçuşdan cəmi 170-i həyata keçiriləcək. Təxirəsalmalar və ləğvlər gözlənilir. Hamburq hava limanında (HAM) 284 uçuş və 40 mindən çox sərnişin tətilin təsirinə məruz qalıb. Bu hava limanında ötən gün bütün uçuşlar ləğv edilib. Düsseldorf (DUS) və Köln-Bonn (CGN) hava limanlarında gecə saat 02:00-da başlayan tətil nəticəsində müvafiq olaraq 338 və 160 uçuşun ləğv ediləcəyi gözlənilir. Ştutqart hava limanında (STR) 177 uçuş planlaşdırılsa da, onların bir çoxunun baş tutmayacağı bildirilir.
Tətilin səbəbi Verdinin maaş artımı və əlavə imtiyazlar tələb etməsidir. İşçilər ən azı 8 faiz maaş artımı, 350 avro məbləğində əlavə ödəniş və üç əlavə istirahət günü tələb edirlər. İşəgötürənlər isə bu tələblərin maliyyə baxımından qeyri-mümkün olduğunu açıqlayıblar.
Qeyd edək ki, tətillər təkcə hava limanlarını deyil, nəqliyyat və kommunal xidmətləri də əhatə edir. Düsseldorfda 48 saatlıq ictimai nəqliyyat tətili, bir çox şəhərdə zibil toplama və küçə təmizlənməsinin dayandırılması planlaşdırılır.
Bu yollarda TIXAC VAR - SİYAHI
Əminə Ərdoğan Mehriban Əliyevaya zəng edib
Çin maşınlarından istifadə avtomobil bazarında hansı asılılığı yaradır? - EKSPERT
Xırdalan-Bakı qatarlarınnın hərəkət cədvəli niyə dəyişdirilib? - AÇIQLAMA
Ermənistanla logistik əlaqələr Bakı-İrəvan münasibətlərinə necə təsir edəcək? – ŞƏRH
Xırdalanda "AAAF Park"ın qarşısında zibil problemi – Sakinlər narazıdır - VİDEO
Qəbələdən Avropaya birbaşa uçuşlar mümkün olacaq? – AÇIQLAMA - VİDEO
Bakının tıxaclı yollarının SİYAHISI
Vladimir Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
“Ramiz Mehdiyevin kürəkəni ilə razılaşmasaq, həbsə gedəcəyimizi demişdi” - İDDİA
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB










