15 yaşlı azərbaycanlı qızı qaçıranlar saxlanıldı

Gürcüstanın Saqareco rayonunun azərbaycanlılar yaşayan Tüllər kəndində 15 yaşlı qızı qaçıran iki şəxs saxlanılıb. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb. İstintaqla müəyyən olunub ki, fevralın 5-də 16 yaşlı oğlan və onun 18 yaşlı əmisi oğlu 2004-cü il təvəllüdlü qızı qanunsuz olaraq azadlıqdan məhrum ediblər. 16 yaşlı oğlan həmin qızı evlənmək məqsədi ilə qaçırıb, əmisi oğlu isə ona kömək edib. Operativ axtarış və istintaq tədbirləri nəticəsində qızın yeri qısa vaxt ərzində müəyyən olunub və elə həmin gün o, sağ-salamat evinə qaytarılıb. Yeniyetmə qızı qaçıranlar fevralın 8-də Dedoplitskaro rayonunda saxlanılıblar. Onlara qarşı Gürcüstan Cinayət Məcəlləsinin yeniyetmə şəxsin qanunsuz azadlıqdan məhrum edilməsi maddəsi üzrə cinayət işi açılıb. Bu cinayətə 7 ildən 10 ilədək azadlıqdan məhrumetmə cəzası tətbiq edilir.
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO











