“2-ci Alatava” küçəsi bağlanıb

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC tərəfindən nəqliyyat vasitələrinin rahat və maneəsiz hərəkətini təmin etmək məqsədilə aparılan təmir-tikinti işləri ilə əlaqədar 2-ci Alatava küçəsində bu gündən etibarən nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.
Avtosfer.az xəbər verir ki, artıq küçədə asfalt-beton örtüyünün üst qatı qaşınaraq, ərazidən daşınıb. Ümumilikdə küçənin 6750 kvadrat metr ərazisinə yeni asfalt-beton örtüyünün döşənməsi planlaşdırılır. Səkilərə 800 paqon-metrə yaxın səki daşları düzülüb. Bundan başqa yol boyu kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılıb, baxış qapaqları dəyişdiriləcək, səkilər və yol kənarlarında abadlıq işləri həyata keçiriləcək.
Qeyd edək ki, küçənin uzunluğu 750 metrdir və Müzəffər Həsənov küçəsinin kəsişməsindən “Şamaxinka” adlanan əraziyə qədər uzanır.
2-ci Alatava küçəsində təmit-tikinti işlərinin qısa müddət ərzində yekunlaşdırılması planlaşdırılır. Bunun üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub.
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC təmir işləri ilə əlaqədar yaranan müvəqqəti narahatlığa görə üzr istəyir və sürücülərdən alternativ yollardan istifadə etmələrini tövsiyyə edir.
Böyük Britaniyada tez-tez hökumət dəyişikliyi nədən xəbər verir? - AÇIQLAMA
11 min dənizçi Hörmüz boğazından təxliyə olunur
Avropada elektromobil satışları rekord artım: Çin markaları bazarda güclənir
Sumqayıtda tikinti normaları pozulur, yaşıllıq qırılır, səki məhv olunur – ŞİKAYƏT - VİDEO
Bu küçənin bir hissəsində hərəkət qismən məhdudlaşdırılacaq - Sürücülərin diqqətinə!
“Lukoyl”da məhdudiyyət - Voloqdada maksimum 30 litr benzin almaq olur
İlham Əliyev dövlət qulluqçularını təltif edib - SİYAHI
Çimərliklərdə görünməyən ölüm tələsi - Bu məqamlara DİQQƏT EDİN!
Rusiya-Ukrayna müharibəsində cəbhələr niyə dəyişib? - AÇIQLAMA
Yumurtanın 1 qəpiyə satılmasının arxasında hansı strategiya dayanır? - İQTİSADÇI
Azərbaycanda elektrikli nəqliyyatın dönüşü; bir əsrlik tarix yenidən canlanır – EKSPERT










