2020-ci ildə təqribən 330 km küçə və qəsəbədaxili yollar təmir olunacaq

2020-ci ildə Bakı şəhəri, Sumqayıt və Xırdalan şəhərlərində, həmçinin Abşeron rayonu ərazisində ilkin olaraq ümumi uzunluğu təqribən 330 km olan şəhər küçə və prospektləri, həmçinin qəsəbədaxili yollar və küçələr təmir olunacaq.
AAYDA-nın mətbuat katibi Anar Nəcəfli Avtosfer.az-a bildirib ki, dövlət başçısının imzaladığı sərəncamlara əsasən, ümumi uzunluğu 157.7 km olan Xəzər (20 km), Sabunçu (15 km), Binəqədi (30km) və Abşeron (29.2 km) rayonlarının qəsəbədaxili yollarının, Suraxanı rayonunun Yeni Suraxanı (31.6 km) qəsəbəsinin yollarının, həmçinin Xırdalan (10.5 km) və Sumqayıt (21.4 km) şəhərlərinin küçələrinin və yaşayış massivlərinin yollarının təmiri davam etdirilir.
Bundan əlavə dövlət investisiya proqramı çərçivəsində Bakı şəhərinin 12 rayonu üzrə ümumi uzunluğu 171.5 km olan qəsəbədaxili küçə və yolların təmiri işləri də aparılır:
- Xəzər r-nu – 34.4 km;
- Xətai r-nu – 23.8 km;
- Binəqədi r-nu – 16.1 km;
- Qaradağ r-nu – 15.45 km;
- Nərimanov r-nu – 9.15 km;
- Nizami r-nu – 4 km;
- Nəsimi r-nu – 8.27 km;
- Sabunçu r-nu – 22.54 km;
- Sabail r-nu – 8.79 km;
- Suraxanı r-nu – 17.94 km;
- Yasamal r-nu – 7.13 km;
- Pirallahı r-nu – 4 km.
2019-cu il ərzində Bakı şəhərində ümumi uzunluğu 301.5 km km olan şəhər küçə və prospektləri, həmçinin qəsəbədaxili yollar və küçələr təmir edilib.
Gültən Qədirli
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO











