AAYDA-da nə baş verir? - Vergi borcu milyonlarla manata çatır

"Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi" publik hüquqi şəxsin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov Şabran rayonu üzrə "3 nömrəli Yol İstismarı" İdarəsinin rəisi Rafiq Kərimovu vəzifəsindən azad edib. Onun yerinə həmin vəzifəyə oğlu - Elməddin Rafiq oğlu Kərimov təyin olunub. Avtosfer.az xəbər verir ki, bu barədə "Qaynarinfo" Saleh Məmmədovun rəhbərlik etdiyi qurumun tabeliyində olan idarə və təşkilatların vergi borclarını araşdırıb. Müqayisə nəticəsində məlum olub ki, əvvəlki illərlə nisbətdə bu borclar əhəmiyyətli dərəcədə artıb. Xüsusilə bəzi Yol İstismarı idarələrinin vergi borcu milyonlarla manata çatıb.
Vergi borcu olan idarələrin siyahısı və borc məbləğləri aşağıdakı kimidir:
* "Bakı 1 №-li Yol İstismarı" MMC (Direktor: Zaur Həmzəyev Oktay oğlu) – 562,018.50 AZN
* "41 №-li Yol İstismarı" MMC (Direktor: Fayiq Əliyev Rasim oğlu) – 922,295.02 AZN
* "37 №-li Yol İstismarı" MMC (Direktor: Fizuli Quliyev Tofiq oğlu) – 1,005,201.28 AZN
* "43 №-li Yol İstismarı" MMC (Direktor: İlham Əzimov Əli oğlu) – 9,077,526.56 AZN
* "31 №-li Yol İstismarı" MMC (Direktor: Aqil Vəliyev Mehman oğlu) – 156,926.92 AZN
* "16 №-li Xüsusi Təyinatlı Yol İstismarı" MMC (Direktor: Kazım Hüseynov Mirəziz oğlu) – 4,278,107.36 AZN
* "23 №-li Yol İstismarı" MMC (Direktor: Mübariz Əkbərov Hilal oğlu) – 78,076.33 AZN
* "3 №-li Magistral Yolların İstismarı" MMC (Direktor: Anar Süleymanov Nəriman oğlu) – 6,998,376.97 AZN
Qeyd edilən məbləğlər Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə olan vergi borclarıdır.
Müharibənin mərkəzindəki İordaniy ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT











