ABŞ Çin istehsalı olan bəzi dronların idxalına qadağanı ləğv etdi

ABŞ Federal Rabitə Komissiyası (FCC) xarici dronların idxalına əvvəllər tətbiq edilən məhdudiyyətlərdən azad olan dronların siyahısını genişləndirib.
Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə "DroneDJ" nəşri məlumat yayıb.
Məlumata görə, tənzimləyici orqan Çində istehsal olunan bəzi modellərin idxalına icazə verib və onların milli təhlükəsizliyə təhdid yaratmadığını etiraf edib.
Qərar yalnız "oyuncaq dronlar" kimi tanınan növə şamil edilir. Qoyulan yeni qaydalara əsasən, dronların kütləsi maksimum 150 qram təşkil etməli, birbaşa görmə məsafəsində 100 metrədək hərəkət etməlidir. Həmçinin cihazın kamerası, izləmə sensorları, internet bağlantısı və şəbəkə xüsusiyyətləri olmamalı, eyni zamanda, havada qalma müddəti 10 dəqiqəni keçməməlidir.
FCC rəsmiləri bildiriblər ki, bu qərar ABŞ Müdafiə Nazirliyinin müvafiq rəyindən sonra verilib. Nazirliyin gəldiyi qənaətə görə, qeyd olunan bəsit cihazlar milli təhlükəsizliyə xələl gətirə biləcək texniki parametrlərə malik deyillər. Başqa sözlə, bu dronlarda müasir əlaqə vasitələri, informasiya yığma potensialı, uzaq məsafəyə uçmaq və əlavə yük daşımaq qabiliyyəti yoxdur.
Xatırladaq ki, 2025-ci ilin dekabr ayında FCC tərəfindən Çin istehsalı olan bütün PUA-lar və onların vacib hissələri qara siyahıya əlavə edilmişdi. Nəticədə, həmin cihazların ABŞ bazarında satılması üçün tələb olunan məcburi sertifikatların verilməsi dayandırılmışdı. Amma daha öncədən sertifikatlaşdırmadan keçmiş məhsulların satışı və istifadəsinə qoyulan icazə öz qüvvəsini saxlayıb.
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO












