ADB dəmir yolu sektorunda rəqəmsal bacarıqların inkişafı üçün texniki yardım ayırıb

Asiya İnkişaf Bankı (ADB) Azərbaycanın dəmir yolu sektorunda rəqəmsal bacarıqların inkişafı üçün hökumətə 500 min ABŞ dolları məbləğində texniki yardım ayırıb.
Avtosfer.az ADB-yə istinadən bildirir ki, layihə Koreya Respublikasının Elektron Asiya və Bilik Tərəfdaşlığı Fondunun vəsaitindən ayrılan qrant hesabına maliyyələşdiriləcək. Texniki yardım layihəsinin 2025-ci ilin yanvar ayından 2026-cı ilin dekabr ayınadək həyata keçirilməsi planlaşdırılır.
Texniki yardım 2024-cü il sentyabrın 30-da təsdiqlənmiş "Azərbaycan Dəmir Yolları"nın (ADY) rəqəmsal transformasiya layihəsini tamamlayacaq.
Hazırda ADY əməkdaşlarının rəqəmsal təlim proqramı tələb prinsipi əsasında qurulur: departamentlər hər il kadrlar şöbəsinə təlim üçün müraciət edir, daha sonra sözügedən şöbə müvafiq plan hazırlayır. Təlimin təxminən 90 %-i planlaşdırılır, qalan 10 %-i isə gözlənilməz ehtiyacların təmin edilməsinə və ya rəhbərliyin tövsiyələrinin yerinə yetirilməsinə yönəlib.
Bank qeyd edir ki, ADY-nin rəqəmsal bacarıqların inkişafına yanaşması üç əsas istiqaməti əhatə edir: kənardan ixtisaslı İT mütəxəssislərinin cəlb edilməsi, mövcud işçilər üçün təlim proqramlarının təşkili (əsasən xaricdən podratçılar cəlb etməklə) və yerli universitetlərdən və peşə təhsili müəssisələrindən gənc İT mütəxəssislərinin muzdlu işə götürülməsi.
ADB tərəfindən ayrılan vəsait strateji rəhbərlik, ekspert məsləhətləşmələri və təlim vasitəsilə ADY-nin rəqəmsal səriştələrinin inkişafını gücləndirməyə kömək edəcək. Xüsusilə texniki yardım ADY-nin rəqəmsal transformasiya layihəsinin iki əsas məqsədinə nail olmağa kömək edəcək. Bu məqsədlər "Azərbaycan Dəmir Yolları" QSC-nin aparıcı biznes proseslərinin tam rəqəmsallaşdırılaraq vahid məlumat idarəetmə sisteminə inteqrasiyası, həmçinin işçilərin İT səriştələrinin artırılması, o cümlədən rəqəmsal bacarıqlarda gender fərqinin azaldılmasıdır.
Bundan başqa, ADB-nin qabaqcıl dəmir yolu sistemlərinə malik olan ölkələrdən bilik və ən yaxşı təcrübə mübadiləsinin əlaqələndirilməsini təmin etməsi sayəsində ADY-nin gələcək rəqəmsal transformasiya qabiliyyəti gücləndiriləcək.
Sürücülərin NƏZƏRİNƏ! - Bu yollarda tıxac var - FOTO
“Gənclik Mall”un şüşələrini təmizləyənlərə dəbilqə verilmir? - VİDEO
TƏBİB-dən qızı qəzada ölən vəkilin iddiaları ilə bağlı AÇIQLAMA
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Avropada aviadaşımalarla bağlı yeni qaydalar bahalaşmaya səbəb ola bilər
Çuxurlarla dolu bu küçə sürücülərə həm ziyan vurur, həm təhlükə yaradır - VİDEO
Metroda kondisionerlər hələ də işləmir? – RƏSMİ AÇIQLAMA
Avtomobili yolda xarab olan sürücülər mütləq bunu etməlidir, yoxsa... — AÇIQLAMA
Bələdiyyənin yolu bütövlükdə asfaltlamaq əvəzinə yamaq vurması GÜNDƏM OLDU - FOTOSESSİYA
Qızı faciəli şəkildə ölən tanınmış vəkil danışdı: "Nasaz maşını niyə sürürsən axı?!" - VİDEO
Qonşu ölkədə təkər idxalı ilə bağlı yeni mərhələ başladı – RƏSMİ










