ADY kəskin hava şəraiti ilə bağlı aidiyyəti müəssisələrə xəbərdarlıq teleqramları göndərdi

Artıq axşam saatlarında hava şəraiti müəyyən qədər dəyişib. Paytaxt Bakıda və ölkəmizin digər bölgələrində sərt iqlimşərtləri özünü göstərməkdədir.
Aidiyyəti qurumlar isə öz fəaliyyət sahələri ilə bağlı, səlahiyyətləri çərçivəsində kəskin hava dəyişikliyi müşahidə ediləcək günlər üçün görülən və görüləcək qabaqlayıcı tədbirlər barədə son məlumatları ictimailəşdirməyə davam edirlər.
Mövzu ilə əlaqədar “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-yə də sorğu ünvanladıq.
Qurumdan bildirilib ki, “Təsərrüfatların qış mövsümünə hazırlığı barədə texniki tədbirlər” planına uyğun olaraq, 2022-ci ilin payız mövsümündən başlayaraq bütün təsərrüfatlar üzrə baxışlar həyata keçirilib.
“Müvafiq texnikalar saz vəziyyətə gətirilib, dəmir yollarında hərəkətin ahəngdarlığının qorunması, sərnişinlərin və yüklərin mənzil başına təhlükəsiz şəraitdə çatdırılmasının təmin edilməsi məqsədilə lazımi tədbirlər görülüb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dekabrın 8-dən başlayaraq ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi ilə bağlı məlumatı ilə əlaqədar ADY-nin aidiyyəti müəssisələrinə xəbərdarlıq teleqramı göndərilib və əlavə tədbirlər planı həyata keçirilməkdədir”.
Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, dekabrın 8-dən hava şəraiti dəyişəcək. Bəzi yerlərdə 15 dərəcəyədək şaxta müşahidə ediləcək. (oxu.az)
Sürücülərin NƏZƏRİNƏ! - Bu yollarda tıxac var - FOTO
Gələn il maaş və pensiyalar artırılacaq? - İQTİSADÇI
Avtobusların Bakı-Sumqayıt yoluna çıxışı 1 kilometr qısaldı: AYNA-dan yeni həll - VİDEO
Bakıda tıxacın iqtisadi zərəri hesablanacaq? – TƏKLİF
Böyükşor gölündə qəribə görüntü; suyun rəngi dəyişdi - VİDEO
Ceyhun Bayramov Ararat Mirzoyanla görüşüb - FOTO
Sumqayıtın mərkəzindəki parkda yaranan natəmizlik narazılıq yaradır - VİDEO
Nazirlər Kabinetində 2027-ci ilin dövlət büdcəsi müzakirə edildi
Hazırda bu yollarda tıxac var - SİYAHI - FOTO
Əhalinin gəlirləri artıb; bəs alıcılıq qabiliyyəti? - İQTİSADÇI
Yeni Günəşlidə yollar niyə yarımçıq asfaltlanıb? – Sakinlər NARAZIDIR - VİDEO












