“ADY Konteyner” “Rail Cargo Macarıstan”la əməkdaşlığa başlayır

“Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə müəssisəsi - “ADY Konteyner” MMC Avropadakı əlaqələrini genişləndirir.
Avtosfer.az xəbər verir ki, bu barədə “Report”a şirkətdən bildirilib.
Məlumata görə, şirkətin nümayəndəsi Rəşad Məcidov “Rail Cargo Macarıstan” şirkətinin direktoru Marta Gabor və həmin şirkətin Cənub-Şərqi Avropa üzrə təmsilçisi Daniel Dejo ilə görüşüb.
Görüşdə Mərkəzi və Şərqi Avropa ilə Azərbaycan və Mərkəzi Asiya arasında konteynerlə yükdaşımaların birgə təşkil olunması məsələləri müzakirə olunub.
Qeyd edilib ki, görüş zamanı tərəflər digər məsələlərlə yanaşı, potensial yük bazasının müəyyən olunması, yüklər haqqında statistik məlumatların toplanaraq mübadilə edilməsi, tərəfdaşlığın hüquqi bazasının yaradılması istiqamətində birgə tədbirləri müzakirə ediblər. Müqabil tərəf Azərbaycanın və Azərbaycan ərazisindən tranzit olaraq Orta Asiya regionunun “Rail Cargo Macarıstan” şirkəti üçün vacib region olduğunu vurğulayıb.
Görüşdə ,həmçinin Macarıstan Dəmir Yolu Assosiasiyasının direktoru Hodosi Lacos da iştirak edib.
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA











