ADY nümayəndələri “Çin–Avropa Dəmiryol Ekspresi”nin Qlobal Tərəfdaşlarının Forumunda iştirak ediblər - FOTO

21 may tarixində “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədr müavini Arif Ağayevin rəhbərlik etdiyi nümayəndə heyəti “Çin–Avropa (Sian) Dəmiryol Ekspresi”nin Qlobal Tərəfdaşlarının Forumunda iştirak edib.
ADY-dən Avtosfer.az-a verilən məlumata görə, Çin Xalq Respublikasının Sian şəhərində keçirilən tədbirin mövzusu “Kəmər və Yol Təşəbbüsü” layihəsinin birgə icrası və “China–Europe Express” iqtisadi halqasının yaradılması olub.
Forumda “China–Europe Express” dəhlizinin üstünlüklərindən tam istifadə etmək, bu istiqamətdə yük daşımalarını təşviq etmək, beynəlxalq ticarət üçün yüksək səmərəli, sərfəli və keyfiyyətli quru yol əlaqəsini qurmaq, müasir beynəlxalq logistika sisteminin tikintisini sürətləndirmək kimi məsələlərə toxunulub. Qeyd edilib ki, “China–Europe Express” “Kəmər və Yol Təşəbbüsü”nün əsas hissəsidir və Çinlə Avropa ölkələri arasında yük daşımalarını inkişaf etdirmək məqsədi daşıyır.
Forumda çıxış edən ADY sədrinin müavini Arif Ağayev bildirib ki, Azərbaycan Çinə təkcə ticarət tərəfdaşı deyil, həm də etibarlı strateji müttəfiq kimi baxır. Bu strateji tərəfdaşlıq münasibətləri nəqliyyat və logistika sahəsində əməkdaşlıq üçün xüsusi əhəmiyyət kəsb edir. İki ölkə arasında infrastruktur və multimodal layihələrin birgə həyata keçirilməsi etibarlı, dayanıqlı və rəqabətədavamlı yükdaşıma marşrutlarını təmin etməklə Şərq və Qərb arasında əlaqələrin möhkəmlənməsinə xidmət edir.
Arif Ağayev vurğulayıb ki, 2024-cü ildə ölkələrimiz arasında dəmir yolu nəqliyyatı ilə daşınan yüklərin həcmi 47% artaraq 612 min ton təşkil edib. Çindən Azərbaycana göndərilən konteyner blok-qatarlarının sayı da sürətlə artır. 2024-cü ildə ümumilikdə 287 blok-qatar, 2025-ci ilin ilk dörd ayında isə 73-ü tranzit, 92-si idxal rejimində olmaqla 165 blok-qatar artıq qəbul edilib. İlin sonunadək 600-dən çox blok-qatarın qəbulu gözlənilir. Bundan əlavə, 2024-cü il noyabrın 24-də Azərbaycandan Çinə ilk “Bakı–Sian” ixrac blok-qatarı yola salınıb. Bu günə kimi ümumi həcmi 10 min tona yaxın olan 6 blok-qatar yola salınıb. Bu rəqəmlər Orta Dəhlizin strateji əhəmiyyətini və potensialını bir daha təsdiqləyir.
ADY sədrinin müavini qeyd edib ki, Çinin strateji əhəmiyyətli nəqliyyat qovşaqlarından biri olan Sian şəhərindən başlayan ekspres Avropa ölkələrinə, o cümlədən Almaniya, Polşa, Macarıstan, Çexiya, Litvaya da müntəzəm yük daşımalarına təkan verəcək.
Arif Ağayev əlavə edib ki, “China–Europe Express” Asiya və Avropa arasında logistik əməliyyatların sürətləndirilməsi, nəqliyyat marşrutlarının şaxələndirilməsinin təşviqi və iştirakçı ölkələrin ixrac-idxal potensialının dəstəklənməsi kimi üstünlükləri təmin edəcək.
Forumun sonunda “Çin–Avropa Dəmiryol Ekspresi” konsolidasiya mərkəzinin tikintisi üzrə əməkdaşlıq təşəbbüsü” sənədi imzalanıb.
Sənəd infrastruktur üzrə əməkdaşlığın gücləndirilməsi, nəqliyyatın təşkilinin optimallaşdırılması və xidmətin təkmilləşdirilməsi, ağıllı logistika mərkəzinin yaradılması, dəmiryol marşrutları üzrə nəqliyyat xərclərinin səmərələşdirilməsi məsələlərini əhatə edir.
Tədbir zamanı ADY sədrinin müavini Arif Ağayev KİV nümayəndələrinin suallarını cavablandırıb.

Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO












