ADY piyadalara çağırış etdi: Yolunuzu uzatmaqla ömrünüzü uzadın! - FOTO

2 noyabr tarixində saat 08:20 radələrində ADY-na məxsus lokomativ Şirvan-Hacıqabul mənzilində hərəkətdə olarkən Şirvan şəhər sakini 1997-ci il təvəllüdlü Rəhimə Afət qızı Babayeva azyaşlı övladı ilə birgə qəfil qatarın qarşısına çıxıb. Maşinist tərəfindən təcili tormozlama aparılsa da hadisə qaçılmaz olub. Xəsarət alan Rəhimə Babayeva dərhal xəstəxanaya çatdırılıb.
Avtosfer.az xəbər verir ki, ADY bir daha insanlara çağırış edərək onları dəmir yolu xətlərini yalnız müəyyən edilmiş yer və piyada keçirdlərindən istifadə etməklə keçməyə çağırır. Qaydalara riayət etmək hər bir vətəndaşın borcudur, xüsusi ilə valideynlər yol hərəkəti qaydalarına əməl etməklə övladlarına nümunə olmalı və onların həyatını təhlükəyə atmamalıdırlar.
Qeyd edək ki, bu ilin 9 ayında qatar yoluna insanların qəfil çıxması nəticəsində 10 hadisə baş verib. Hadisə nəticəsində 5 adam həyatını itirib, 5 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb. Bu hadisələrin baş vermə səbəbi birbaşa olaraq piyadaların yol hərəkəti qaydalarına əməl etməməsi və dəmir yolu xəttini müəyyən olunmamış yerlərdən keçməsi ilə bağlı olub.
Diplomatların Qarabağa 22-ci səfəri region üçün hansı mesajlar verir? - AÇIQLAMA
Sabahdan ictimai nəqliyyatda hansı yeniliklər olacaq? – Qurumlardan AÇIQLAMA
Bakıda taksi qiymətləri 2 dəfə bahalaşdı - Səbəb tıxacdır?
Bakı metrosunda qatarlar tuneldə qaldı – Səbəb AÇIQLANDI - RƏSMİ - YENİLƏNİB
Məktəb yollarında sürücüləri yavaşlatmağın yeni üsulu – TƏKLİF
Paytaxtın hazırda sıxlıq olan küçələri: SİYAHI - FOTO
Skuter problemi: "Getdikcə daha təhlükəli olarsa, qadağan edilməsi gündəmə gələcək" - FOTO
İctimai nəqliyyatda fərqli dönəm başlayır: Yeni qaydalar nə vəd edir? - FOTO
Qəzalarda ölümlərin sayı niyə artıb? – BAKIDA SORĞU - VİDEO
İlham Əliyev Milli Fəaliyyət Planını TƏSDİQLƏDİ
Azərbaycan DİN AMERİPOL-da müşahidəçi statusu əldə ETDİ











