Ağdam-Xankəndi yolundan yük daşınır: Rəsmi Bakı istəyinə nail olur?- AÇIQLAMA

“Rəsmi Bakı Xankəndi və ətraf ərazilərə gedən yüklərin Ağdam-Kankəndi yolu ilə daşınmasının üzərində dayanır və qətiyyətlə öz mövqeyini müdafiə edir”.
Bunu Editor.az-a Milli Məclisin deputatı Vüqar İskəndərov Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı məlumatda, BQXK Azərbaycan tərəfinə müraciət edərək qarşı tərəfin 18 sentyabr tarixində Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarından paralel olaraq yüklərin qəbuluna razı olduğu barədə yer alan fikirlərə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, bu prosesdə maraqlı olan qüvvələrin, Ermənistan və havadarlarının hər hansı təzyiq cəhdlərinə baxmayaraq Azərbaycanın qətiyyəti qarşısında duruş gətirə bilməyəcəklər:
“Rəsmi Bakı beynəlxalq hüquqa hörmət edir, onun norma və prinsiplərinə əməl edir. Digər tərəfdən Azərbaycan öz konstitusiyası, qanunları çərçivəsində hərəkət edir. Bunlar çox vacib məsələlərdir. Beynəlxalq Qızıl Xaç Komitəsinin 18 sentyabr tarixində Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarından paralel olaraq yüklərin qəbuluna razılıq bildirməsi müsbət haldır. Artıq bu toplum anlamalıdır ki, Azərbaycan qarşısına qoyduğu hədəfə çatacaq”.
Deputatın fikrincə, Laçın nəzarət-buraxılış məntəqəsindən insanların gediş-gəlişinə heç bir maneə yoxdur:
“Qanunauyğun sənədləşmə ilə insanlar buradan çox rahat, maneəsiz hərəkət edirlər. Yüklərin isə keçirilməsi Ağdam-Xankəndi yolu vasitəsilə baş tutmalıdır. Gələcəkdə hər bir yük yoxlanılaraq Azərbaycanın həm sərhəd buraxılış məntəqəsinin fəaliyyətini tənzimləyən nizamnamə, həm də gömrük haqqında qanun ilə yoxlanışdan sonra keçidi təmin olunacaq. Rəsmi Bakını qayğılandıran əsas məsələ ilə bu yoldan silah-sursat daşınması, qanuna zidd fəaliyyətin olmasıdır. Bunun qarşısını almaq üçün lazımi addımlar atılır. Hazırkı situasiyada Ermənistan təzyiq göstərməyə cəhd etsə də bütün proseslər hər gün Azərbaycanın xeyrinə işləyir. Əsas mövqe rəsmi Bakınındır. Qafqazın lider ölkəsi olan Azərbaycan həm bölgədə gedən oyunlarda vacib rola malikdir, həm də bütün proseslər ölkəmizin daxilində, suveren ərazilərimizdə olduğu üçün məsələ ilə bağlı qərarları rəsmi Bakı verir”.
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA












