Almaniya Azərbaycanlıları Alyansı Bundestaqdakı fraksiyaları Ermənistana güclü təzyiq göstərməyə çağırıb
Gündəm
21 Sentyabr 2023 12:38

Almaniya Federativ Respublikasında yaşayan Azərbaycan icması ölkəmizin Qarabağ iqtisadi rayonunda Ermənistan silahlı qüvvələri tərəfindən bir sıra genişmiqyaslı hərbi təxribatlar və terror hücumları törədilməsini hiddətlə pisləyib.
Almaniya Azərbaycanlıları Alyansının adından Almaniya Bundestaqının SPD, SDU və digər müxalif fraksiyalarına (AFD, FDP) ünvanlanan bəyanatda bildirilib ki, Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Xocavənd rayonu ərazisində törədilmiş təxribat və terror nəticəsində Azərbaycanın 2 mülki vətəndaşının və 4 polis əməkdaşının həlak olması xəbəri Azərbaycan əsilli almaniyalıları dərindən narahat edib.
Nəzərə çatdırılıb ki, 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsindən indiyə qədər ümumilikdə mina qurbanlarının sayı 314 nəfərə çatıb, onlardan 67 nəfər həlak olub. Bildirilib ki, Ermənistanın 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata və beynəlxalq hüquqa zidd davranışı Azərbaycanın mülki vətəndaşlarının və hərbi qulluqçularının həyatını təhlükə altına atır.
Alyans parlament fransiyalarını bölgədə dayanıqlı sülhün və sabitliyin əldə olunması naminə Ermənistana güclü təzyiqlər göstərməyə və qətiyyətli addımlar atmağa çağırıb.
Qeyd edək ki, Alyansın İdarə heyətinin sədri Nuran Abdullayev bəyanatı qurumun adından göndərib.
Oxunub : 856
DİGƏR XƏBƏRLƏR
15 Oktyabr 2026 11:30
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
15 Oktyabr 2026 11:00
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
15 Oktyabr 2026 10:53
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
15 Oktyabr 2026 10:36
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
15 Oktyabr 2026 09:36
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
15 Oktyabr 2026 08:43
Bu yollarda tıxac var - SİYAHI
14 Oktyabr 2026 22:47
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
14 Oktyabr 2026 22:08
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
14 Oktyabr 2026 21:52
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
14 Oktyabr 2026 21:21
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
14 Oktyabr 2026 18:30
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
14 Oktyabr 2026 18:00
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
ŞƏRH YAZ













