Artan yol qəzalarının səbəbləri nədir? - AÇIQLAMA

Son zamanlarda Azərbaycanda yol qəzalarının sayının artığı müşahidə olunur.
Xüsusilə ölümlə nəticələnən ağır yol-nəqliyyat qəzalarının artdığını desək yanılmarıq. Dəhşətli qəzaların böyük əksəriyyəti paytaxt Bakıda yaşansa da, bölgələrdə də analoji hallara rast gəlirik.
Ümumiyyətlə, yol-nəqliyyat qəzalarının baş vermə səbəbi nədir? Bunun qarşısını almaq üçün hansı addımlar atılmalıdır?
Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Cebhe.info-ya açıqlamasında bildirib ki, təəssüflər olsun ki, 2022-ci ildə yol-nəqliyyat qəzalarının sayı artıb:

"Ötən il təxminən qəzalarda 120-130 ölüm faktı artıb. Xəsarət alanların sayında da artım var. Prezident İlham Əliyev tərəfindən imzalanmış 2019-2023-cü illəri əhatə edən "Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizləyinə dair Dövlət Proqramı"nda yol-nəqliyyat hadisələrinin sayının 30 % azaldılması nəzərdə tutulmuşdu. Amma çox təəssüflə qeyd etmək istəyirəm ki, artım baş verib.
Burada ümumən sürücülərin məsuliyyətsizliyini qeyd etmək lazımdır. Bəzi sürücülər radarların və kameraların yerlərini əzbər bilirlər. Onları keçdikdən sonra yenə sürət həddini aşırlar, təhlükəli manevrlər edirlər və qırmızı işıqda keçirlər. Həmçinin, narkotik vasitələlərin təsiri altında olan sürücülərin sayı da artmaqdadır. Bu da ciddi bir problemdir".
Ekspert qeyd edib ki, yük avtomobillərinin iştirakı ilə baş verən qəzalarının da sayı artır: "Bu da ciddi narahatlıq doğurur. Düşünürəm ki, yük avtomobillərinin sürücülərinin təkmilləşdirilməsinə ciddi nəzər yetirmək lazımdır. Bununla yanaşı, ölkədə taksi fəaliyyəti təkmilləşdirilməli, qanunsuz sərnişin daşınmanın qarşısı alınmalı və nəzarət mexanizmi gücləndirilməlidir".
Elməddin Muradlının fikrincə, yol polisinin əvvəlki qaydada gizli və aşkar xidməti təşkil edilməlidir: "Radarların və kameraların yeri daimi olmamalıdır. Tez-tez onların yerini dəyişmək lazımdır. Sürücülərimiz artıq radarların yerini yol polisindən daha dəqiq bilirlər. Ona görə də radarı keçəndən sonra qaydaları müxtəlif şəkildə pozurlar.
Təəssüflər olsun ki, yorğun və yuxusuz sürücülərin törətdiyi qəzalar da baş verir. Sükan arxasında mobil telefondan istifadə etdiyinə görə də qəza törədən nə qədər sürücü var. Artıq beynəlxalq təşkilatlar həyəcan təbili çalırlar ki, yaxın 30 ildə ümumi yol-nəqliyyat hadisələrinin 40 faizinin baş vermə səbəbi mobil telefonlar olacaq. Bu da çox ciddi bir siqnaldır. Düşünürəm ki, bu istiqamətdə indidən qabaqlayıcı tədbirlər görülməlidir".
Vladimir Putin Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
“Ramiz Mehdiyevin kürəkəni ilə razılaşmasaq, həbsə gedəcəyimizi demişdi” - İDDİA
Paytaxtın bəzi küçələrində sıxlıq müşahidə olunur - FOTO - YENİLƏNİB
Azərbaycanda logistika sahəsində xidmətlərin həcmi necə böyüyüb? - İQTİSADÇI
Bakının illərdir sağalmayan yarası olan tıxac niyə yaranır? – MÜTƏXƏSSİS
Metronun çıxışındakı bərbad səki təhlükə yaradır – ŞİKAYƏT – VİDEO
İlham Əliyevin Özbəkistana dövlət səfəri ilə bağlı VİDEOİCMAL
Sumqayıtda 2022-ci ildə sökülən yol hələ də təmir edilməyib - VİDEO
Leyla Əliyeva ilk Buxara Biennalesinin əsərləri ilə tanış olub - FOTO
Prezident İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb - FOTO
İlham Əliyevin Daşkənd səfəri Azərbaycana nələr qazandıracaq? - İQTİSADÇI










