ASCO: "Ro-Pax" tipli gəmi-bərə üzrə işlərin 64 faizi tamamlanıb - VİDEO

Bakı Gəmiqayırma Zavodunda (BGZ) inşa edilən növbəti "Ro-Pax" tipli gəmi-bərə üzrə işlərin 64 %-i tamamlanıb. Avtosfer.az bu barədə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə (ASCO) istinadən xəbər verir.
Məlumata görə, gəmi-bərə ASCO-nun yerləşdirdiyi sifariş əsasında inşa edilir və işlər qrafikə uyğun şəkildə davam etdirilir.
"Hazırda gəminin gövdə hissəsinin hazırlanması üzrə 98 %, mühəndislik işləri üzrə 99 %, satınalma və təchizat mərhələsi üzrə işlər isə 91 % yerinə yetirilib. Bu müddət ərzində baş mühərriklər, yanğınsöndürmə və şirin su sistemləri, eləcə də yük liftinə aid avadanlıqlar, nasoslar və elektrik panelləri artıq gəmi üzərinə quraşdırılıb.
Tikinti prosesi çərçivəsində 33 blok və sub-blok üzrə boyama və birləşdirmə işləri başa çatdırılıb. Daha 12 blok və sub-blok üzrə birləşdirmə işləri hazırda davam edir. Eyni zamanda, əsas gövdə üzrə blokların yığılması prosesi tam şəkildə tamamlanıb. Hazırda gəmidə elektrik sistemləri üçün kabellərin çəkilişi, boru sistemlərinin hazırlanması və montajı üzrə işlər aparılır", - ASCO bildirir.
Yeni "Ro-Pax" tipli gəmi-bərənin ASCO-ya 2026-cı ilin birinci rübündə təhvil verilməsi nəzərdə tutulur.
Qeyd edək ki, gəmi-bərənin maksimal sürəti 14 uzel, uzunluğu 154,5 metr, eni 17,7 metr, bortunun hündürlüyü isə 7,5 metr təşkil edəcək. Yeni gəmi eyni vaxtda 100 sərnişin, 56 sistern tipli vaqon və ya 50 yük avtomobili/TIR qəbul etmək imkanına malik olacaq.
Qobustanda çökmə baş verən körpü sökülür - VİDEO
Prezidentin sosial şəbəkə hesablarında WUF13-lə bağlı paylaşım edilib - VİDEO
Bakı-Tbilisi xətti ilə sərnişindaşıma bərpa olunur? - RƏSMİ AÇIQLAMA - FOTOLAR
Bu ərazidə avtobus zolağı taksilərin dayanacağına çevrilib - ŞİKAYƏT - VİDEO
Paytaxtın bu küçələrində sıxlıq var - SİYAHI
Ümumdünya Şəhərsalma Forumu Azərbaycan üçün nə qədər əhəmiyyətlidir? - EKSPERT AÇIQLADI
Hətta Ermənistan da bu cür tədbirlərin Bakıda keçirilməsini dəstəkləyir - EKOLOQ
Vyananın deputatı Azərbaycan və forumla bağlı nələri açıqladı? - FOTO
Azərbaycan Qlobal Forumda hansı nümunələri dünyaya çatdırır? - FOND SƏDRİ - FOTO
Azad edilmiş ərazilərdə yol infrastrukturu genişlənir; regionun tranzit potensialı artır – EKSPERT - FOTO
DİM-in açıqlaması yalan çıxdı - İmtahana gecikənlər çöldə qldı - FOTO










