Audi avtomobilləri svetoforların siqnallarını əvvəlcədən bilərək daha effektiv hərəkət edir! - FOTO

Audi Traffic Light Information xidməti hələ 2016-cı ildə Las-Veqasda təqdim olunsa da, sistemin təkmilləşdirilməsi və genişləndirilməsi davam edir.
Audi avtomobillərində svetoforlar haqqında informasiyanın olması rahatlığı, təhlükəsizliyi və yollarda effektivliyi artırır.
Araşdırmalar təsdiq edir ki, bu texnologiya yanacaq sərfiyyatını azaltmağa kömək edir. Artıq Avropada da, Almaniyanın İnqolşdadt və Düsseldorf şəhərlərində Audi svetoforların informasiya xidmətini tətbiq edir.
Hazırda bu xidmətə qoşulan svetoforların sayı artırılır. Svetoforlar haqqında informasiya yaşıl işıq üzrə sürəti optimallaşdırır və yaşıl işığın yanmasına qalan vaxtı təyin edir.
Bu məlumatlar sayəsində sürücülər ehtiyac olmadığı halda sürəti artırmır.
Beləliklə, yollarda stress yaşanmır və daha təhlükəsiz hərəkət baş verir. Sistem həm də svetafora 250 m qalmış sürətin tədricən azaldılmasını təklif edə bilər.
Yaşıl işıq yandığı zaman Audi hərəkəti davam etdirir və yolda daha qənaətcil rejim əldə olunur.
Əgər qırmızı işıqda dayanmaq qaçılmazdırsa, yaşıl işığın yanmasına qalan vaxt saniyələrlə geri sayım formasında əks olunur.
Bu halda sürücü ayağını qaz pedalından çəkə və yanacağa qənaət edə bilər. Audi və onun layihədəki tərəfdaşı Traffic Technology Services (TTS) müxtəlif mənbələrdən informasiya alaraq dəqiq proqnozlar hesablayan mürəkkəb analitik alqoritim hazırlayıblar.
Alqoritm hətta günün müxtəlif saatlarında traffiki, ictimai nəqliyyatın hərəkət qrafikini, uşaqların məktəb və bağçalardan çıxış vaxtlarını nəzərə alır.
Araşdırmalar göstərir ki, şəhərdəki svetofor şəbəkələrinin informasiyası sayəsində sürücülər daha effektiv hərəkət edirlər. Pilot layihə yanacaq sərfiyyatını 15% azaltmağa imkan verib.
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO















