Aviabiletlərin minimum qiymətləri açıqlanıb

Bu ilin may ayı üçün Azərbaycandan birbaşa və tranzit yolla aviabiletlərin minimum qiymətləri açıqlanıb. Avtosfer.az Dövlət Turizm Agentliyinin hesabatına istinadən xəbər verir ki, bu ay birbaşa aviareyslərdə ən yüksək qiymət 320,8 avro ilə Pakistanın İslamabad şəhərinədir. Bu şəhərə tranzit uçuşla isə qiymət 337,5 avro təşkil edib. Bu da ötən ilin eyni ayı ilə müqayisədə müvafiq olaraq 9,9 % və 11,9 % çoxdur.
İkinci yerdə aviabiletlərin ən yüksək minimal qiyməti Pakistanın Lahor şəhərinədir. Bu şəhərə birbaşa və tranzitlə biletlərin qiyməti 319,9 və 322,7 avrodur. Ötən ilin eyni dövrü ilə müqayisədə qiymətlər müvafiq olaraq 9,5 % və 7,2 % artıb.
Üçüncü pillədə Hindistanın Dehli şəhəri gəlir. Bu şəhərə birbaşa minimal uçuş biletlərin qiyməti 306,9, tranzitlə isə 185,07 avrodur. Bu da ötən ilin may ayı ilə müqayisədə birbaşa biletlərin qiymətində 52,6 % artım, tranzitlə isə 39,9 % azalma deməkdir.
Tranzit yolla aviabiletlərin ən yüksək minimum qiyməti 450 avro (-31,5%) olmaqla ABŞ-ın Nyu-York şəhərinədir. İlk üçlüyə Yaponiyanın Tokio 411,9 avro (-62,4 %) və Cənubi Koreyanın Seul 407 avro (-22%) şəhərləri daxil olub.
Qeyd edək ki, bu şəhərlərə birbaşa reyslər yoxdur.
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












