Qəza zamanı bu qaydalara əməl edin - DYP-dən sürücülərə ÇAĞIRIŞ - FOTO

Sürücülərin qəza və ya məcburi dayanma zamanı təhlükəsizlik qaydalarına riayət etməməsi bir sıra hallarda ağır faciələrə səbəb olur. Təəssüf ki, bəzən sürücülər hava və yol şəraitini, hərəkət sıxlığını, məhdudiyyətli görünməni, eləcə də sutkanın işıqlı və ya qaranlıq vaxtını nəzərə almadan avtomobillərini yolun hərəkət hissəsində saxlamaqla təhlükəli vəziyyət yaratdıqlarının fərqinə varmırlar.
Bu barədə Avtosfer.az-a Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib. Məlumata görə, qanunvericiliyə əsasən sürücü baş vermiş qəzanın və ya yaranmış texniki nasazlığın növbəti xoşagəlməz hadisəyə yol açmaması üçün ilk növbədə qəza işıq siqnalını yandırmalı, qəza-dayanma nişanı quraşdırmalı və ən qısa zamanda yolun hərəkət hissəsini boşaltmağa çalışmalıdır.
Qaydalara uyğun olaraq, qəza-dayanma nişanı nəqliyyat vasitəsindən ən azı 30 metr məsafədə, digər sürücülərin onu vaxtında görə biləcəyi şəkildə yerləşdirilməlidir. Avtomobil sıradan çıxdıqda isə sürücü onu yoldan tamamilə kənara, bu, mümkün olmadıqda səki və ya yol çiyninə çəkməli, digər hərəkət iştirakçılarını xəbərdar etmək üçün zəruri təhlükəsizlik tədbirləri görməlidir.
Baş Dövlət Yol Polisi İdarəsi səhlənkarlıq səbəbindən dəfələrlə ağır faciələrin yaşandığını bir daha sürücülərin diqqətinə çatdırır və onları özlərinin, eləcə də digərlərinin həyat və sağlamlığına etinasız yanaşmamağa çağırır.
Bu yolda avtomobilin hərəkəti məhdudlaşdırılacaq
“Yolda bir neçə saniyə gözləmək bir insanın həyatını xilas edə bilər” - DYP - VİDEO
Yol polisi təhlükəli ərazidə əlil vətəndaşa belə kömək etdi - VİDEO
Paytaxtda bəzi yollar bağlanacaq - SƏBƏB
Avtoxuliqanlıq edən sürücünün vəsiqəsi əlidən alındı, HƏBS EDİLDİ
Qəbələdə “Chevrolet”lə avtoxuliqanlıq edən sürücü həbs olundu - VİDEO
YPX əməkdaşları halı pisləşən əcnəbi sürücünün köməyinə çatdı - VİDEO
Küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edildi - FOTO
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO













