"Avtobusda yer olsa da, məktəbli uşaqları götürmürlər" - ŞİKAYƏT

Abşeron rayonunun Məmmədli kənd sakinləri 217 nömrəli marşrut xəttinin işləmə prinsipindən narazıdırlar.
Sakinlər sosial şəbəkədə paylaşım edərək bildiriblər ki, "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzini Abşeron rayonunun Məmmədli kəndi ilə əlaqələndirən bu avtobusun sürücüləri gec gəlmələrinə baxmayaraq, yer olmaması bəhanəsi ilə nəqliyyat vasitələrini dayanacaqda saxlamırlar:
"217 nömrəli avtobus sürücüləri gec gəlməkləri bir yana, səhərin ilk gedişindən başlayaraq, dayanacaqda dayanmır, sərnişin götürmürlər. Bəhanə edirlər ki, yer yoxdur, lakin avtobusda kifayət qədər yer olur. Körpə, məktəbli uşaqlarla çölün düzündə qalırıq. Nə edək? Heç kəs kefindən səhər saat 6:15-də dayanacaqda gözləmir ki, avtobus da saxlamasın. Hamı işə, məktəbə gedir. Bunun qocası, yaşlısı, hamiləsi var axı. Bununla bağlı dəfələrlə istər Bakı Nəqliyyat Agentliyinə, istərsə də Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) müraciət edilib".
Avtosfer.az-ın məlumatına görə, məsələ ilə bağlı Oxu.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, avtobusların hərəkət qrafiklərinin pozulması hallarının artmasının əsas səbəbi tıxac problemidir:
"Azlənd Plaza" MMC-nin müvəqqəti istismarında olan, "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzini Abşeron rayonunun Məmmədli kəndi ilə əlaqələndirən 217 nömrəli avtobus marşrutu üzrə 12 avtobus 9-10 dəqiqə hərəkət intervalı ilə sərnişinlərə xidmət göstərir. Vahid Dispetçer Mərkəzi tərəfindən real vaxt rejimində təqdim edilən informasiyalara, eləcə də ərazidə aparılan monitorinqlərə əsasən, avtobusların hərəkət qrafiklərinin pozulması hallarının artmasının əsas səbəbi tıxac problemidir. Bunun qarşısının alınması üçün həll yolu müasir şəhər mobilliyi prinsiplərinin tətbiqidir. 217 nömrəli marşrut avtobusunun keçdiyi Zabrat qəsəbəsi Şəhər şosesində yaradılan xüsusi hərəkət zolağı nəticəsində avtobusların rahat və maneəsiz hərəkəti müşahidə edilir".
Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb - FOTO
Avtomobillə işə gedənlərə PİS XƏBƏR
Yeni qərardan sonra benzin və dizel mühərrikli maşınların aqibəti necə olacaq? – EKSPERT - VİDEO
İnternet sürəti vəd ediləndən aşağıdır: Abonentlərin hansı hüquqları var? – AÇIQLAMA
Çin avtomobillərinin artması ehtiyat hissələrinin qiymətinə necə təsir edəcək? – AÇIQLAMA
Azərbaycanda benzin və dizellə işləyən maşınlarla bağlı QƏRAR VERİLDİ
Daha bir ölkədə Ebola aşkarlandı
Yağış sularının idarə olunmasında əsas problem nədir? – AÇIQLAMA
Bakının bu küçələrində hərəkət məhdudlaşdırıldı: Yeni qaydalar necə olacaq? – VİDEO
Bakının bu küçələrində tıxac var - SİYAHI
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib












