Bakıda avtobuslar üçün yeni svetofor sistemi: Nə dəyişəcək? – AÇIQLAMA

Bakıda ictimai nəqliyyatın hərəkətinin daha səmərəli təşkili istiqamətində yeni addım atılır.
Avtosfer.az xəbər verir ki, paytaxtda ilk dəfə avtobuslar üçün xüsusi svetoforun quraşdırılması nəzərdə tutulur. İlkin mərhələdə yeni işıqforun Səbail rayonu, Üzeyir Hacıbəyli küçəsi ilə Azadlıq prospektinin kəsişməsində yerləşdirilməsi planlaşdırılır. Layihə avtobusların ayrılmış zolaqlarla hərəkətini asanlaşdırmaq, onların yolayrıclarından daha təhlükəsiz və maneəsiz keçidini təmin etmək məqsədi daşıyır. Layihənin nəticələri təhlil edildikdən sonra xüsusi svetoforların paytaxtın digər ərazilərində də quraşdırılması ilə bağlı qərar veriləcək. Bəs yeni svetofor sisteminin tətbiqi avtobusların hərəkətində hansı dəyişikliklərə səbəb olacaq və bu yeniliyə ehtiyac varmı?
Mövzu ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı Avtosfer.az-a açıqlamasında bildirib ki, svetoforların tətbiqi avtobus zolaqlarının çəkilməsindən sonra zərurətə çevrilmişdi:

"Çünki avtobus zolaqları adətən yolun sağ tərəfində, səkiyə paralel olan sağ hərəkət zolağında salınır. Lakin bəzi küçə və prospektlərdə avtobuslar ən sağ zolaqdan hərəkət edərək sola dönməli olurlar. Üzeyir Hacıbəyov, 28 May küçəsində, Azadlıq prospekti ilə kəsişmədə eyni problem var. Bir çox ərazilərdə bu problem mövcuddur. Biz bu məsələni ötən il Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) ilə də müzakirə etmiş və müxtəlif təkliflər irəli sürmüşdük. Ekspertlərlə birlikdə müzakirədən sonra qərara gəldik ki, ən doğru variant svetoforla tənzimlənsin. Ən sağ zolaqda hərəkət eləyən avtobus sola manevr edərkən üç zolağı kəsməlidir. Dörd zolaqlı yolda gedirsə, sola dönərkən üç zolağı kəsməlidir. Bu üç zolağı kəsərkən qəza riski, təhlükə, sıxlıq yaranacaq. Buna görə də bunu svetoforla tənzimləmək lazımdır”.
Ekspert qeyd edib ki, həmin vaxt avtobusların sağdan gəlib yolu kəsərək keçməsi, avtobus zolağının yol ayırıcısına təxminən 50 metr qalmış sola yönləndirilməsi və digər variantlarla bağlı müxtəlif təkliflər irəli sürülmüşdü:
“Biz düşündük ki, bu svetoforla tənzimləmə daha yaxşı variant ola bilər. Ona görə də həm AYNA, həm Nəqliyyat İntellektual İdarəetmə Mərkəzi bu qərara gəlib ki, bu T şəkilli svetoforla bunu tənzimləsin. Hüquqi, tətbiqi mexanizmin cəhətdən də hər hansı bir problem yoxdur, amma düşünürəm ki, bunun da təbliğatını aparmaq lazımdır. Sürücülərdə çaşqınlıq yaranmasın deyə, həmin svetofordakı siqnalların yalnız avtobuslara, yoxsa ümumi nəqliyyata aid olduğu aydın göstərilməlidir. Sürücülər çaşqınlıq yaşayaraq qırmızı işıqda keçməsinlər, qaydaları pozmasınlar və avtobuslara nisbətdə düzgün davransınlar. Belə yanaşmalar da təbliğ olunmalıdır".
Züleyxa Allahverdiyeva
Rayon yollarında təhlükə yaradan 3 əsas amil hansılardır? – MÜTƏXƏSSİS
Bu yollarda tıxac var - SİYAHI
Orta Dəhlizin inkişafı Azərbaycanın tranzit imkanlarını necə dəyişəcək? – AÇIQLAMA
Ölkənin nəqliyyat sistemi növbəti yağışlara necə hazırlaşmalıdır? - AÇIQLAMA
Gürcüstanda avtomobil rüsumları artırılır: Azərbaycan bazarına təsiri necə olacaq? - AÇIQLAMA
Təcili yardımın arxası ilə gedən sürücülərə DİN-dən XƏBƏRDARLIQ - VİDEO
Səkilərdə piyadaların maneəsiz hərəkəti necə təmin edilməlidir? – TƏKLİF
Bu yollarda tıxac var - Sürücülərin NƏZƏRİNƏ!
İlham Əliyev Gürcüstanın baş nazirinin müavinini qəbul edib - FOTO
“Bədr müqaviləsi” ABŞ-ın hərbi sənaye bazarındakı mövqelərini zəiflədə bilər – POLİTOLOQ
Prezident Özbəkistanla iki sənədi təsdiqlədi












