“Benzin ala biləcək vəziyyətdə deyilik” - Qalın geyinməyə çağırdı

"Biz benzin ala biləcək vəziyyətdə deyilik”.
Avtosfer.az xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian Tehran Universitetində Tələbə Bəsic Təşkilatının təşkilatçılığı ilə keçirilən “Tərəqqinin Pionerləri Enerji Seminarı”nda deyib.
O, neft satışında və ölkəyə xarici valyuta axınında yaranan çətinliklərə diqqət çəkərək enerji istehlakı vərdişlərinin dəyişdirilməsinin vacibliyini vurğulayıb.
Müharibə şəraitində ölkənin üzləşdiyi sınaqlara toxunan Pezeşkian enerji sektorunun idarə olunmasının strateji əhəmiyyət daşıdığını bildirib. Prezident resurslardan istifadədə istehlak mədəniyyətinin yenilənməli olduğunu vurğulayaraq, tədbirin keçirildiyi salonun həddindən artıq qızdırılmasını və işıqların lazımsız yerə yandırılmasını tənqid edib.
Dövlət başçısınını sözlərinə görə, bu cür toplantılarda təbii işıqdan yararlanmaq, iştirakçıların isə daha qalın geyinməsi hesabına istilik enerjisinə tələbatı azaltmaq mümkündür.
Neft satışında və valyuta gəlirlərinin ölkəyə gətirilməsində ciddi problemlərin yaşandığını etiraf edən Məsud Pezeşkian benzin təchizatındakı çətinliklərə də toxunub: “Biz benzin ala biləcək vəziyyətdə deyilik, lakin zəruri addımlar atmalıyıq. Əgər bu problem həll olunmasaydı, benzin idxalına 12 milyard dollar xərcləməli olardıq. Əvvəllər benzin idxal edirdik, amma görülən tədbirlər sayəsində artıq idxalı dayandırmışıq”.
Güclü yağışlardan sonra sürüşmə təhlükəsi: Riskli ərazilərə kim nəzarət etməlidir? - AÇIQLAMA
2026-cı ilin 9 ayında büdcədə yaranan profisiti növbəti ilin kəsrinə yatırmaq olar? - RƏY
Magistralların kəsişdiyi nöqtə: Xırdalan dairəsində niyə tıxac yaranır? – ARAŞDIRMA
Prezident Hanoyda “İnqilab şəhidləri” abidəsini ziyarət etdi - FOTOLAR
Tıxac olan yolların SİYAHISI
İlham Əliyevin Vyetnama rəsmi səfəri ilə bağlı VİDEOÇARX - VİDEO
İndiyədək neçə avtomobil utilizasiyaya verilib? - AÇIQLAMA
İlham Əliyev Vyetnama rəsmi səfərə gedib - FOTO
Azərbaycanda 21 yeni peşə məktəbi hansı ərazilərdə tikiləcək? – AÇIQLAMA
Bakıda avtobuslar üçün yeni svetofor sistemi: Nə dəyişəcək? – AÇIQLAMA
Rayon yollarında təhlükə yaradan 3 əsas amil hansılardır? – MÜTƏXƏSSİS












