Banner

Elektrik dirəyi aşdı, mal-qarası tələf oldu - Pulunu kim ödəyəcək? - FOTO

Hadisə 20 Noyabr 2026 14:06
Elektrik dirəyi aşdı, mal-qarası tələf oldu - Pulunu kim ödəyəcək? - FOTO
WhatsApp kanalımıza abunə olun

Astara rayonunun Əzərüd kəndində elektrik dirəyinin aşması nəticəsində 4 baş iribuynuzlu mal-qara elektrik cərəyanı vurması səbəbindən tələf olub.

Avtosfer.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya heyvanların sahibi olan kənd sakini Sona Rəşidova müraciət edib.

Uzun illər əvvəl həyat yoldaşını itirən 45 yaşlı qadın maldarlıqla məşğul olur. Şikayətçinin sözlərinə görə, onun evi kənd məktəbinin yaxınlığında yerləşir və təhsil müəssisəsini enerji ilə təmin edən elektrik xətti məhz evinin yanından keçir. 

Ötən gün həmin dirəyin aşması nəticəsində o, yeganə gəlir mənbəyini itirdiyini deyir: “Keçən il də oxşar hadisə baş vermişdi. Dirək aşmışdı, bağımda ağac yanmışdı. Bundan başqa tövləm və evimdə də yanğına səbəb olmuşdu. Kənd camaatının köməkliyi ilə tez zamanda yanğının qarşısı alınmasa, bu gün heç evim də olmazdı”.

Sona xanım deyir ki, Əzərüd kənd camaatı təhlükəli vəziyyətlə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etsə də, müvafiq tədbir görülməyib və əraziyə baxış keçirilməyib.

O, tələf olmuş 4 baş iribuynuzlu mal-qaraya görə dəymiş ziyanın qarşılanmasını və kompensasiya ödənilməsini tələb edir: “Yağışlı hava idi deyə mal-qaranı bağa salmışdım. Bir də baxdım ki, səriliblər yerə. Bugünkü gündə mənə 8 min manat ziyan dəyib”. 

Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinin tabeliyində olan Lənkəran-Astara Regional Təhsil İdarəsinə də sorğu ünvanlanıb. 

 

 




 

Oxunub : 58
ŞƏRH YAZ
Ad

E-mail

Şərh