Banner

Qobu Parkda yol çökür – Aylardır tədbir görülmür - VİDEO

Hadisə 20 Noyabr 2026 15:00
Qobu Parkda yol çökür – Aylardır tədbir görülmür   - VİDEO
WhatsApp kanalımıza abunə olun

Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən Qobu Park yaşayış massivində yolun çökməsi təhlükəsi yaranıb.

Avtosfer.az xəbər verir ki, vətəndaşlardan biri problemlə bağlı sosial şəbəkə hesabında paylaşım edib.

Görüntülərdən aydın olur ki, yaşayış massivinin girişində yolun bir hissəsində ciddi çökmə əlamətləri var. Yolun digər tərəfində də oxşar vəziyyət müşahidə olunur. Yolu tanıyan sürücülər ehtiyatla hərəkət edərək həmin hissədən keçsələr də, əraziyə bələd olmayanların avtomobillərinin zədələnmə riski var.

Vətəndaşın sözlərinə görə, yolun hər iki tərəfində yarğanların olması ərazidə çökmə riskini artırır. O bildirib ki, problem artıq bir neçə aydır mövcuddur. Sakinlər məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət etsələr də, indiyədək hər hansı tədbir görülməyib.

Nərmin

bax.tvhttps://bax.tv/embed/229033.html

 

 

Oxunub : 280
ŞƏRH YAZ
Ad

E-mail

Şərh