Avtobuslarda sərnişinlərin həyatını təhlükəyə atan İNSİDENTLƏR - VİDEO

Kimi əlində kəsici alətlə sərnişinlərə hədə-qorxu gəlir, kimi gücünü avtobusun şüşələrində sınayır, kimi də ictimai nəqliyyatı rinqə çevirir. Son vaxtlar paytaxtda fəaliyyət göstərən, minlərlə sərnişini mənzil başına çatdıran avtobuslarda belə təhlükə saçan insidentlərin şahidi oluruq.
Bu vəziyyət vətəndaşlar arasında ciddi narahatlıq yaradıb. Paytaxt sakinləri məsələ ilə bağlı narazılıqlarını bildiriblər.
"Ola bilsin ki, həmin insanların psixoloji problemləri var, xəstədir. Elə şəxslər nəzarətdə olmalı, ictimaiyyət arasına buraxılmamalıdır", - deyə sərnişinlərdən biri fikirlərini bölüşüb.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, avtobuslarda yaşanan bütün neqativ halları hüquq-mühafizə orqanları araşdırır. Bu zaman nəqliyyat vasitələrinin içində quraşdırılan müşahidə kameralarının görüntülərinə istinad edilir:
"Avtobusu idarə edən sürücünün diqqəti yolda olur və salonda baş verən hadisə barədə daşıyıcıya və hüquq-mühafizə orqanlarına məlumat verir. Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması qaydalarına əsasən, sərnişinin xəstə və ya sərxoş vəziyyətdə olması digərləri üçün narahatlıq yaratdıqda həmin sərnişinin daşınmasından imtina edilə bilər. Həmçinin digər sərnişinlər üçün narahatlıq yarada bilən xəstə halda və ya sərxoş vəziyyətdə olan vətəndaş avtonəqliyyat vasitəsinə minməməlidir".
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən isə bildirilib ki, ictimai nəqliyyatda baş verən mənfi hallarla əlaqədar artıq müvafiq tədbirlər görülüb.
Ətraflı Baku TV-nin süjetində:
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO












