Avtomobil oğrusuna ağır cəza

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirli 1995-ci il təvəllüdlü Tofiq Fərəcovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Avtosfer.az teleqraf-a istinadən xəbər verir ki, hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hokum ilə Tofiq Fərəcov 7 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Tofiq Fərocov keçən il martın 14-nə keçən gecə Yeni Günəşli qəsəbəsində yaşayan Ağasəf Əliyevə məxsus “VAZ-21074” markalı avtomobili qaçırıb. Həmin avtomobil elə həmin gün saat 11 radələrində B.Nuriyev küçəsində qabaq hissəsi əzilmiş vəziyyətdə tapılıb.
Həmin gün eyni ünvandan Rəşad Əbdülrəhimova məxsus “VAZ-2106” markalı avtomobili də qaçırıb və saat 08:30 radələrində İ. Məmmədov küçəsində qoyaraq gediblər. O, martın 26-na keçən gecə isə Yeni Günəşli qəsəbəsində yaşayan Ruslan Qasımova məxsus “VAZ-2106” markalı avtomobil qaçırıb və həmin avtomobil saat 08:50 radələrində Neapol dairəsi yaxınlığında maqnitofonu və səsgücləndiriciləri sökülmüş vəziyyətdə tapılıb.
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Bu yollarda tıxac var - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA












