Axtarışda olan Hüseyn Moskvadakı mənzilini sata bilməyib bunu etdi - FOTO

Azərbaycanlı bloqer Hüseyn Həsənov Moskva şəhərindəki mənzilini başqasının adına keçirib.
Avtosfer.az xəbər verir ki, hazırda beynəlxalq axtarışda olan bloqer əmlak müsadirəsindən yayınmaq üçün sövdələşməni dayandırıb.
Belə ki, Həsənov Rusiyadakı əmlakını aktiv şəkildə satışa çıxarıb. Əvvəlcə o, "Rolls-Royce Cullinan" markalı avtomobilini sata bilib. Daha sonra "Neva Towers"də 44-cü mərtəbədə 124 kvadratmetr sahəsi olan üç otaqlı mənzilini satışa çıxarıb. Rusiyanı tərk edəndən sonra Həsənov evini ayda 749 min rubla icarəyə verib, sonra isə 100 milyon rubla (2 128 300 AZN) satışa çıxarıb, lakin uzun müddət alıcı tapa bilməyib.
Məlumata görə, mülkün sahibi mayın 19-da - bloqer axtarışa veriləndən sonra dəyişib. H.Həsənov həbs olunmaması üçün mənzili sadəcə olaraq tanıdığı şəxsin adına keçirib.
Xatırladaq ki, Rusiyada Həsənov barəsində xüsusilə böyük miqdarda pul vəsaitinin leqallaşdırılması ilə bağlı cinayət işi açılıb. Ona qiyabi həbs qətimkan tədbiri seçilib. Bloqeri 7 ilədək həbs cəzası gözləyir. Rusiya İstintaq Komitəsinin məlumatına görə, Hüseyn Həsənov 2019-2021-ci illərdə 170 milyon rubldan çox (təxminən 3,6 milyon manat) məbləğində vergidən yayınmaqda ittiham olunur.




Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO












