Ayda atom stansiyası quraşdırılacaq

Rusiya və Çin 2033-2035-ci illərdə Yerin təbii peykində atom stansiyası quraşdıracaq. Bu barədə jurnalistlərə "Roskosmos"un rəhbəri Yuri Borisov məlumat verib.
Onun sözlərinə görə, bu missiya avtomatik olaraq robot texnikası vasitəsilə həyata keçiriləcək.
"Hazırda biz ciddi şəkildə 2033-2035-ci illərin sonunda bir atom elektrik stansiyasının çinli həmkarlarımızla birlikdə Ayın səthinə çatdırılması və quraşdırılması layihəsini nəzərdən keçiririk", - Y.Borisov əlavə edib.
"Roskosmos"un rəhbəri onu da qeyd edib ki, bu cür missiyanı avtomatik yerinə yetirmək lazım gələcək, bunun üçün lazım olan texnoloji həllər demək olar ki, hazırdır.
2021-ci ilin martında "Roskosmos" və Çinin Kosmik Agentliyi Beynəlxalq Elmi Ay Stansiyasının (BSS) yaradılmasına dair anlaşma və əməkdaşlıq haqqında Memorandum imzalayıblar. Ay proqramının icrası zamanı Yerin təbii peykinə "Çanqe-6", "Çanqe-7" və "Çanqe-8" avtomatik stansiyaları göndəriləcək.
İlk Ay missiyalarının məqsədi əsas texnologiyaların sınaqdan keçirilməsi olacaq ki, bu da uzaqdan idarə oluna bilən eksperimental tədqiqat obyektləri kompleksinin tikintisinə başlamağa imkan verəcək.
Rusiya və Çinin ilk missiyası 2026-cı ildə Aya göndəriləcək və layihənin 2028-ci ilə qədər başa çatdırılması planlaşdırılır. (Sputnik.az)
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ
Məktəblərdə vahid geyim formasının tətbiqi niyə vacibdir? - RƏY
Azərbaycanda iqtisadi artım proqnozlarının aşağı olması hansı sahələrə mənfi təsir göstərəcək? - İQTİSADÇI












